İŞİD dirildi və qətllər törətdi - İraqın Diyala bölgəsi hədəfdə
Bu barədə İraq hüquq mühafizə orqanları məlumat yayıb.
Məlumatda bildirilib ki, İŞİD Həşdi Şabi terror təşkilatının Diyala bölgəsinin Əl-Büməra kəndindəki mövqelərini hədəf alıb. Hücumda Həşdi Şabinin 2 terrorçusu həlak olub. İki nəfər isə yaralanıb.
Bildirilib ki, İŞİD militanlarının girov götürdüyü 25 yaşlı mülki vətəndaş da terrorçular tərəfindən öldürülüb. Həmin şəxsin cəsədinin Tərmiyyədə aşkar olunduğu qeyd olunub.
Oxunub: 503
Xəbəri paylaş
Paylaş: