Rusiyada əhalinin azalması prosesi sürətlənib:
7 ayda 811.700 nəfər doğulub, 1.128 000 nəfər ölüb
Cari ilin yanvar-iyul aylarında Rusiyada əhalinin təbii azalması 512.5 min nəfər təşkil edib.
TASS xəbər verir ki, ilk yeddi ayda ölkədə 811.700 nəfər doğulub, 1.128 000 nəfər isə ölüb.
Ölkənin statistika idarəsindən verilən məlumata görə, builki azalma ötən ilin analoji dövrü ilə müqayisədə demək olar ki, 200 nəfər çoxdur. 2020-ci ilin eyni dövründə azalma sayı 316.3 min olmuşdu.
Oxunub: 349
Xəbəri paylaş
Paylaş: