Azərbaycanın paralimpiadadakı qızıl medallarının sayı 6-ya çatıb
Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.
"Report"un məlumatına görə, 81 kq-da çıxış edən idmançı finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.
Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb.
Oxunub: 292
Xəbəri paylaş
Paylaş: