Şanxayda dünyanın ən böyük astronomiya muzeyi açılıb -
FOTO
Bu yaxınlarda Şanxayda dünyanın ən böyük astronomiya muzeyi açılıb. Fishki.net xəbər verir ki, “Ennead Architects” memarlıq firması tərəfindən hazırlanan müasir mədəniyyət mərkəzi Şanxay Elm və Texnologiya Muzeyinin yeni astronomik filialıdır.
Bu Şanxay astronomiya muzeyi layihəsi göy cisimlərinin hərəkətini simvolizə edən və bir okulus, tərs çevrilmiş günbəz və kürədən ibarət olan dinamik formasına görə dizayn yarışmasında qalib gəlib.
“Bu binanı layihələşdirərkən əsas missiyası öyrətmək olan və kainatımızı formalaşdıran bəzi təməl prinsiplərdən formalaşan memarlıqla tam uyğunlaşan bir yer yaratmaq istədik”, - deyən “Ennead” firmasının tərəfdaşı Tomas C. Vonq daha sonra bunları əlavə edib: “Şanxay astronomiya muzeyi layihəsinin əsas qayəsini ziyarətçi binaya girməzdən əvvəl ideyanın dizayndakı intuitiv hissini ona çatdırmaq təşkil edir; və ziyarətin sonunda arxitekturanı əhatə edən səmanın kulminasiya anı baş verir”.
Layihəyə 39 min kvadrat metr muzey sahəsi, planetarium, sərgi sahəsi və 24 metr yüksəklikdə olan günəş teleskopu daxildir. Ziyarətçilər muzeylə binanın hər üç formasını qabarıq göstərən nəfis düşünülmüş ardıcıllıqla tanış olacaqlar.
Əvvəlcə ziyarətçilər əsas girişin üstündə yerləşən okulusa dəvət olunur. Günəş işığı oradan içəri daxil olur və gün ərzində səmada günəşin mövqeyi dəyişdikcə tədricən işıq əks etdirən hovuzdan ətrafa yayılır. Ziyarətçilər planetariumda olarkən kosmosda üzən planeti xatırladan futuristik kürəyə baxa bilərlər. Kürə muzeyə səyahəti tamamlayan və səmada möhtəşəm mənzərə yaradan son element - tərs qübbə ilə kontrast təşkil edir.