Pakistanda insanlar küçələrə axışır - hökumət əleyhinə etiraz aksiyası

Pakistanda hökumət əleyhinə etiraz aksiyası keçirilib.
Bizimyol.info xəbər verir ki, Pakistanın Karaçi şəhərində 11 müxalifət partiyasından ibarət Pakistan Demokratik Hərəkatının (PDM) rəhbərliyi ilə hökumət əleyhinə etiraz aksiyaları baş tutub. Ölkənin müxtəlif yerlərindən minlərlə insan nümayişə qatılıb və baş nazir İmran Xanı istefaya çağırıblar.Müxalifət, PDM -in hakimiyyətə gələcəyi təqdirdə inflyasiya, işsizlik və digər problemlərdən xilas olacağına söz verib.
PDM lideri Mevlana Fazlur Rehman onuda bildirib ki, bu aksiya son deyil və tezliklə hökumət əleyhinə bir çox mitinq və hərəkatlar baş tutacaq.
Oxunub: 296
Xəbəri paylaş
Paylaş: