Messinin formasını kim geyinəcək?
Lionel Messinin gedişindən sonra "Barselona"da 10 nömrəli formanı geyinəcək futbolçu məlum oldu.
Globall.az “Barselona”nın rəsmi "Tvitter" hesabına istinadən xəbər verir ki, forma Ansu Fatiyə təqdim olunub.
19 yaşlı Fati "Barselona"nın yetirməsidir.
İspaniya millisinin də üzvü olan hücumçu ötən ilin noyabrından dizindəki zədə səbəbindən meydana çıxmır.
Oxunub: 295
Xəbəri paylaş
Paylaş: