Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • 
  • Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? -
    Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
  • 
  • Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz -
    Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
  • 
  • Şərurlu İsfəndiyardan RƏZİL ADDIM:
    Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
  • 
  • İlham Əliyev İspaniya Kralını təbrik etdi
    İlham Əliyev İspaniya Kralını təbrik etdi
  • 
  • Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?-
    Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
  • 
  • Bəhram Rəcəbzadədən gözlənilməz qərar -
    Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
  • 
  • Kürdlər və Dəməşq neft sazişi bağladı
    Kürdlər və Dəməşq neft sazişi bağladı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Ərəbistanda İslam dünyasını parçalamış İNGİLİS CASUSUN EVİ bərpa edilir...- FOTO
  • Ovçu ərəblər: “Biz 10 ildir burada ov edirik və bunun üçün külli miqdarda pul ödəyirik”- FOTO
  • Azərbaycan Pakistana yeni səfir təyin etdi
  • İran Səudiyyə ilə münasibət qurmaq niyyətindədir - XİN başçısı bəyan edib
  • Azərbaycan Əfqanıstana yeni səfir təyin edib - SƏRƏNCAM
  • “Vətən müharibəsi ərəb-islam dünyasına xüsusi ruh verdi” - Səfirlə MÜSAHİBƏ

    • Tarix: 3-09-2021, 08:54


    “Məhəmməd peyğəmbərdən rəvayət edilən bir neçə hədisdə Azərbaycanın adı çəkilir”
     
    “Erməni kartından siyasi məqsədlər üçün asanlıqla istifadə etmək olur”
     
    Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin müsahibəsini təqdim edirik:
     
    - Cənab səfir, bir qədər keçmişə nəzər salsaq, heç də ərəb dünyasının sizə yad olmadığını söyləmək olar. Hələ Sovet dövründən başlayaraq Yəməndə, Misirdə Küveytdə diplomatik xidmətləriniz olub. Ərəblər Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı hansı düşüncədədir?
     
    - Ərəblər üçün islam amili çox vacibdir. Məlumdur ki, islam dini meydana gəldiyi ilk dövrlərdən bu din Azərbaycanda yayılmağa başlayıb. Hətta,  Məhəmməd peyğəmbərdən rəvayət edilən bir neçə hədisdə belə Azərbaycanın adı çəkilir.
     
    Məlumat üçün bildirim ki, bizim təşəbbüsümüz ilə tədqiqatçılar həmin hədisləri araşdıraraq, üzə çıxarmışlar. Azərbaycan tarixən ərəblər üçün həmişə maraqlı olub. Bu səbəbdən islam dini Azərbaycanda da yayılıb. Düzdür, bu gün bizim heç bir dövlətə qarşı ərazi iddiamız yoxdur. Sadəcə olaraq, son 30 ilə yaxın müddətdə işğal edilmiş 20% ərazilərimizi bərpa etdik. Bu da ərəb və islam dünyasında böyük ruh yüksəkliyi ilə qəbul olundu.
     
    - Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ərəblər susaraq reaksiya verməyib. Hər halda, ərəb dövlətləri və Azərbaycan arasında münasibətlərin tarixi kökləri  var. Bu barədə siz hansı düşüncədəsiniz?
     
    - Azərbaycan ikinci dəfə müstəqilliyini əldə edəndən sonra Ərəb Dövlətləri Liqası yekdil qərar qəbul edərək müstəqilliyimizi tanıyıb. Ardınca diplomatik münasibətlər yaranmağa başlayıb və ərəb dövlətləri ilə əlaqələrimiz bu gün də qarşılıqlı əməkdaşlıq formasında davam edir.
     
    1990-cı illərdə Azərbaycanın imkanları məhdud idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra  hər bir sahədə olduğu kimi, dövlətlərarası münasibətlər  də öz inkişaf  dövrünə qədəm qoydu. Heydər Əliyev belə bir istiqamət müəyyənləşdirdi ki, ərəb dövlətləri ilə münasibətlər yaxşı olmalıdır. Mərhum prezident Heydər Əliyev Sovet hakimiyyəti dövründə fəaliyyət göstərərkən bir çox məsələlərlə özü məşğul olub. Suriya, Liviya, Fələstin Azadlıq Təşkilatı, Misir kimi dövlətlərlə əlaqələrin qurulmasında birbaşa yaxından iştirak edirdi. Adını çəkdiyim dövlətlərdə təmsil olunan yüksək çinli rəhbərlər Heydər Əliyevi şəxsən tanıyır və ona hörmət bəsləyirdilər. Bu baxımdan, 1993-cü ildən sonra Azərbaycanın xarici siyasətində ərəb-islam dünyası xüsusi istiqamət götürdü. Məlum olduğu kimi, həmin vaxtlar güclü hərbi dəstək əldə etmək bir qədər çətin idi. Çünki, beynəlxalq münasibətlər sistemində proseslər başqa formada cərəyan edirdi. Lakin, siyasi və iqtisadi dəstək əldə etmək mümkün oldu. Səudiyyə Ərəbistanı və Küveyt kimi dövlətlər Azərbaycana humanitar yardım göstərdi.
     
    - Siz həm də Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsisiniz. Təşkilata üzv olan dövlətlərin Azərbaycanla bağlı mövqeyini və yanaşmasını necə müşahidə edirsiniz? Azərbaycanın inkişafı, qətiyyətli mövqeyi  və xarici siyasəti necə qiymətləndirilir?
     
    - İslam Əməkdaşlıq Təşkilatında ölkəmizlə bağlı qətnamələr və qərarlar həmişə qəbul olunub. Çox zaman yanlış düşüncələrlə qarşılaşırıq. Bəzən elə iddialar olur ki, əgər sən müsəlman ölkəsisənsə, hamı sənə səs verməlidir. Bu, belə deyil. Təşkilatda savadlı və peşəkar siyasətçilər, diplomatlar prosesləri yaxından izləyirlər və yekunda qərar qəbul olunur. 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təşkilatın daim diqqət mərkəzində olub. Ermənistan tərəfindən məscidlərin dağıdılması, məscidlərimizdə heyvanların saxlanılması ərəb-islam dünyasında narazılıq doğururdu. Ərəblər onu da nəzərə alırdılar ki, müsəlmanlar hər zaman digər dinlərə hörmətlə və tolerant yanaşıb. Ümumiyyətlə, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında ölkəmizə münasibətdə formalaşmış müsbət mövqe mövcuddur. 44 günlük Vətən müharibəsi ərəb-islam dünyasına xüsusi ruh verdi. Görüşdüyüm şəxslər “nəhayət ki,  hansısa müsəlman ölkəsi öz torpaqlarını işğaldan azad edə bildi” deyirdilər. İslam Əməkdaşlıq Təşkilatı yeganə beynəlxalq təşkilatdır ki, Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb. İƏT Baş Katibliyi 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanı dəstəkləyən altı bəyanat yayıb. Təşkilat hər zaman ölkəmizin ədalətli mövqeyini dəstəkləyib.
     

     
    - Burada bir məqamı vurğulamaq yerinə düşər. Bəzi ərəb dövlətləri arasında  nə sabitlik var, nə də əmin-amanlıq. Bütün bunlara baxmayaraq, hələ də birləşə bilmirlər. Sizcə, bunun kökündə nə dayanır?
     
    - Bəzi ölkələrdə daxili sabitliyin olmaması eyni zamanda xarici müdaxilələrə yol açır. Amma, burada dövlətlərə ayrı-ayrılıqda yanaşmaq lazımdır. Aydındır  ki, bütün ərəb dövlətlərini din, ümumi tarix və oxşar mədəniyyət birləşdirir.  Əsas birləşdirici amillər islam dini və ərəb milliyyətinə mənsub olmalarıdır. İndi isə dünya dəyişib. Hesab edirəm ki, hər bir ərəb dövlətinə ayrı-ayrılıqda yanaşmaq lazımdır. Bu baxımdan hansısa ərəb dövlətini nə tənqid edə, nə də tərifləyə bilərəm. Çünki artıq dövlətlər güclənir. Ərazisinin həcmindən və əhalisinin sayından asılı olmayaraq, iqtisadi cəhətdən inkişaf edən dövlətlər var ki, dünyada gedən siyasi proseslərdə iştirak edirlər. Bunun da kökündə maddi imkanların artması dayandığından hansısa qruplaşmaları dəstəklədiklərinin şahidi oluruq. Bu zaman ərəb dövlətləri arasında müəyyən narazılıqlar meydana çıxır. 
     
    Düşünürəm ki, şəxsi maraqlar ümumi maraqları üstələyir. Bu hansısa dövlət başçısının digər dövlət başçısına qarşı marağı, yaxud da hansısa dövlətin digər dövlətə şəxsi marağından yarana bilər. Əvvəllər hansısa məsələləri birgə həll etməyə üstünlük verilirdisə, indi isə “mən öz fikrimi diqtə edəcəyəm” kimi fikirlər önə çıxır. Bu da dünyanın inkişafı ilə bağlıdır. Hətta, ən kiçik dövlət belə özünə havadar (həmfikir) tapmağa çalışır. Ümumilkdə isə ərəb-müsəlman dünyası Azərbaycana qarşı çox müsbət yanaşır. Bu da ölkəmizin apardığı uğurlu siyasətin nəticəsidir. Azərbaycan hər zaman müsəlman dünyasının probemlərinin həllində çox yaxından iştirak edir. Təbii ki təmsil olunduğumuz təşkilatlarda sözümüzü deyirik və bizə dəstək olurlar. Bu da mövqeyimizin daha da güclənməsinə xidmət edir.
     
    - Biz zaman-zaman bəzi ərəb ölkələrində ermənilərin özlərini nüfuz sahibi kimi təqdim etmələrinin şahidi oluruq. Sizcə, bu cür özündən əminliyin arxasında ərəblərin erməni sevgisi dayanır, yoxsa,  ermənilərin fəaliyyətdə olan hiylə maşını?
     
    - Burada bir neçə məqam var. Bunlardan biri əvvəl də qeyd etdiyim kimi Körfəz ölkələrinin öz siyasi maraqları faktorudur. Bildiyiniz kimi, erməni kartından siyasi məqsədlər üçün asanlıqla istifadə etmək olur. Digər faktor körfəzli və erməni iş adamları arasında olan birgə kommersiya maraqlarıdır. Başqa bir amil Yaxın Şərqin Suriya və Livan kimi qeyri-sabit və iqtisadi cəhətdən zəifləmiş ölkələrində kompakt yaşayan ermənilərin Körfəz ölkələrinə miqrasiyasıdır. Həmin ermənilər Körfəz ölkələrinin işgüzar dairələrinə nüfuz edərək, dividentlər əldə etməyə çalışırlar. Bütün bunlara baxmayaraq, Körfəz ölkələrinin Azərbaycanla münasibətləri yüksək səviyyədədir. Bu baxımdan son illər Ermənistanın və Yaxın Şərqin bəzi ölkələrində kompakt yaşayan ermənilərin Körfəz ölkələrinə marağı artır. Bütün bunlara baxmayaraq, biz hadisələrin gedişini diqqətlə izləyir və hər bir halda Azərbaycanın Körfəz dövlətləri ilə münasibətlərinin düzgün məcraya yönəlməsi üçün səy göstəririk. Eyni zamanda, hər bir dövlət cəmiyyətin rəyinə diqqətlə yanaşır.
     
    - Ermənilərin bəzi ərəb ölkələrində aktivliyini qeyd etdik. Ümumilikdə erməni lobbisi dünyanın bir çox ölkələrində özünə havadar qazanıb. Amma 44 günlük müharibədə Azərbaycan diasporu  erməni lobbisi ilə bağlı mifi darmadağın etdi. Bizə maraqlıdır, Səudiyyə Ərəbistanında  diaspor sahəsində soydaşlarımız əsasən hansı sahədə daha aktivdir?
     
    - Səudiyyə Ərəbistanında diaspor fəaliyyəti ilə məşğul olan həmvətənlərimiz var.  Əksəriyyəti həkimlər və mühəndislərdir. Dünyanın ən böyük neft şirkəti olan ARAMCO şirkətində xeyli soydaşımız çalışır. Həmçinin, bir sıra transmilli korporasiyalarda həmvətənlərimiz idarəedici vəzifələrdə fəaliyyət göstərir və bütün bunlar bizi sevindirir.
     
    - Cənab səfir, pandemiyadan əvvəl ərəb turistlərin Azərbaycana küləvi axını müşahidə olunurdu.  Maraqlıdır, ərəb turistlərin ölkəmizlə bağlı təəssüratları necədir? 
     
    - Öncə onu qeyd edim ki, 2019-cu ildə Körfəz ölkələri arasında Azərbaycana ən çox turist Səudiyyə Ərəbistanından gəlib. Belə ki, bir il ərzində ölkəmizə gələn turistlərin sayı 108 min nəfər olub. 2020-ci ildə koronavirus pandemiyasının meydana gəlməsi və səyahətlərin məhdudlaşdırılması ilə Azərbaycana gələn ərəb turistıərin də sayı azalıb. Şübhəsiz ki, ölkəmizin tanıdılmasında turizmin də böyük rolu vardır. Bu gün Səudiyyə Ərəbistanında istər dövlət rəsmiləri, istərsə də sadə vətəndaşlarla görüşəndə Azərbaycandan olduğunuzu söyləmək onların ölkəmiz haqqında xoş təəssüratlarını sizinlə bölüşməsi üçün kifayət edir. Azərbaycanın çox güclü və inkişaf  edən dövlət olduğu kənardan daha aydın görünür. Ölkə başçısı cənab Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasətçi kimi tanınması ərəblərin də diqqətindədir. Onlar  hər zaman belə deyirlər: “Dövlət başçınız güclü dövlətlərin arasında Azərbaycanı çox gözəl və möhkəm idarə edir”.
     
    - Cənab səfir, siz həm də Bəhreyn və Omanda akkreditə olunmusunuz. Ona görə növbəti suala da cavab verməyinizi xahiş edəcəyəm. Səudiyyə Ərəbistanı ilə müqayisədə Bəhreyn və Omanla əlaqələrimiz hansı səviyyədədir?
     
    - Səudiyyə Ərəbistanı ilə müqayisədə Oman və Bəhreynlə münasibətlərimiz nisbətən yeni inkişaf edir.
     
    - Buna səbəb nədir?
     
    - Səbəb dedikdə nə Azərbaycanın qeyd olunan dövlətlərdə, nə də onların Azərbaycanda diplomatik nümayəndəlikləri mövcuddur.  Buna baxmayaraq, biz həmin ölkələrlə həm ikitərəfli qaydada, həm də BMT və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində faydalı və səmərəli əməkdaşlıq edirik. Eyni zamanda bizim həmin ölkələri öz çətiri altında birləşdirən Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ilə də fəal əməkdaşlığımız mövcuddur. Yaxın vaxtlarda Azərbaycan Respublikası və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin İkinci İqtisadi Forumunun keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, həmin forum zamanı körfəzli investorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrin həyata keçirilməsi prosesinə cəlb etmək olar. Onu da əlavə edim ki, həm Oman, həm Bəhreyn Azərbaycana çox yaxşı münasibət bəsləyən dövlətlərdir və hər zaman ölkəmizi dəstəkləyirlər. Biz bəhreynli və omanlı iş adamlarını da bu məsələyə cəlb etmişik və ümidvarıq ki, onlar bu prosesdə yaxından iştirak edəcək, Azərbaycana gəlib burada işgüzar fəaliyyətlə məşğul olacaqlar.
     
    Bir məsələni də qeyd edim ki, artıq Səudiyyə Ərəbistanı ilə Azərbaycanın Energetika Nazirliyi arasında məhsuldar işgüzar əlaqələr mövcuddur. Bu ölkənin ACWA Power enerji şirkəti Azərbaycanda külək enerjisi sahəsində layihələrin icrasına başlayıb.
     
    - Ərəb dünyasında  qadınların baş örtüyündə gəzməsi bəzən yanlış düşüncələrə yol açır. “Ərəb qadını təhsilsizdir. Siyasətdə, parlamentdə ərəb qadınına rast gəlmək olmaz” və s. Bu kimi fikirlər səsləndirilir. Əslində real mənzərə necədir?
     
    - Məlumatınız üçün deyim ki, Səudiyyə Ərəbistanı parlamentinin üzvlərinin 1/5-i qadınlardan ibarətdir. Hazırda ölkədə aparılan islahatlar qadınların yüksək idarəedici vəzifələrə təyin olunmasına şərait yaradıb. Artıq qadınlar arasında nazir müavinləri və səfirlər də var. Bu yaxınlarda hətta İki Müqəddəs Ocağın (Məkkədəki Məscid-ül-Haram və Mədinədəki Məscid-ün-Nəbəvi) administrasiya rəhbərinə qadın müavin də təyin edilib. Bu digər körfəz ölkələrində də belədir. /modern.az

    Oxunub: 320
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      16:45 | Tanınmış jurnalist dövlət qurumları ilə 500 000 MANATLIQ müqavilə bağlayıb
      16:40 | DAXİLİ QOŞUNLARA YENİ SƏLAHİYYƏTLƏR VERİLİR -  Bu şəxsləri saxlaya biləcək
      16:35 | “Vaqner”-də yox, Türkiyədə istirahətdə imiş...- Peskovun oğlu qalmaqala düşüb
      16:30 | "Nobel Komitəsi siyasəti sülhdən üstün tutur"- Ağ Evdən Trampa sülh mükafatı verilməməsinə reaksiya
      14:20 | Ötən ay Azərbaycanda ƏN ÇOX BAHALAŞAN ərzaq məhsulları -  SİYAHI
      14:15 | Azərbaycan millisi fransızlara qarşı -  "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
      14:00 | GENERALIN QARDAŞI OĞLU DUBAYDAKI MƏNZILLƏRINI SATIŞA ÇIXARDI -  Zeynalovlar bahalı şəhərləri “fəth edir” /FOTOLAR
      13:55 | ABŞ-dan diqqət çəkən addım: İsrailə yüzlərlə əsgər göndərir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.