BMT-də Əfqanıstanla bağlı konfrans keçiriləcək
Ducarrik BMT baş katibi Antonio Quterreşin də konfransda iştirak edəcəyini bildirib:
"BMT-nin Əfqanıstanda humanitar yardımı davam etdirmək üçün 1,3 milyard dollarlıq maliyyə dəstəyinə ehtiyacı var, lakin bu maliyyələşmənin yalnız 39 faizi bu günə qədər tamamlanıb. BMT-nin humanitar fəlakət riski ilə bağlı xəbərdarlıq etdiyi Əfqanıstanda 38 milyon insanın yardıma ehtiyacı var".
BMT rəsmiləri hər üç Əfqanıstan vətəndaşından birinin qida tapmadığını söyləyir. 5 yaşdan kiçik Əfqan uşaqlarının təxminən yarısının önümüzdəki 12 ay ərzində aclıqla üzləşə biləcəyi təxmin edilir.