BƏƏ Əfqanıstana kömək əli uzadır
Bu barədə sentyarın 3-də «WAM» agentliyi xəbər verib.
BƏƏ ilk dəfə deyil ki, Əfqanıstana kömək edir. Bir neçə gün bundan əvvəl Əbu-Dabinin varis şahzadəsi və silahlı qüvvələrin Ali Baş Komandanı şeyx Mohəmməd ben Zaid Əl Nahayanın göstərişi ilə BƏƏ 5000 əfqan qaçqınını qəbul edib. Əfqanları Əbu Dabidə xüsusi olaraq tikilmiş evlərdə yerləşdiriblər.
Əfqanıstanda humanitr fəlakət «Taliban» hərəkatının hakimiyyətə gəlməsi səbəbilə başlanıb. Taliblərin düşmənləri, o cümlədən ABŞ və NATO-nun işğalçı qüvvələrinə xidmət etmiş əfqanlar xilas olmaq naminə ölkəni tərk edirlər.
Bundan əvvəl xəbər verildiyi kimi, Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi Əfqanıstan əhalisinin maddi rifahını təmin etmək üçün dünya birliyinə çağırış edib.
Oxunub: 98
Xəbəri paylaş
Paylaş:





















