Bu ölkədə ara qarışdı:
Prezident etirazçılara çağırış etdi
Globall.az "Sözcü"yə istinadla xəbər verir ki, Çetincadakı taxt mərasiminə etiraz etmək üçün Monteneqronun müxtəlif şəhərlərindən bir çox insan tarixi şəhərə axın edib.
Taxt mərasiminə girməmək üçün Podqoriça-Çetinca yolunu təkər, konteyner və daşlarla bağlayan nümayişçilər şəhərin girişində təhlükəsizlik işçilərinin qurduğu barrikadaları dağıdıblar.
Yolları bağlayan nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.
Mərasimin Çetincada keçirilməsinə qarşı çıxan Monteneqro Prezidenti Milo Cukanoviç sosial media hesabında "dinindən, milliyyətindən və siyasi baxışından asılı olmayaraq, bütün monteneqronluları sülhü, sabitliyi və multikulturalizmimizi qorumağa dəvət edirəm" -deyə bildirib.
Cukanoviç Baş nazir Zdravko Krivokapiçi də "Böyük Serbiyanın" Monteneqronu özünə tabe etmək cəhdini pisləməyə çağırıb.