Rusiyalı həmsədr Ermənistanın XİN başçısı ilə görüşüb
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Xovayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Ermənistan KİV-i xəbər verir ki, görüş İ.Xovayevin Ermənistana səfəri çərçivəsində gerçəkləşdirilib.
Qeyd edək ki, yeni təyin olunan rusiyalı həmsədr İ.Xovayevi 30 avqustda həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul etmişdi./report
Oxunub: 340
Xəbəri paylaş
Paylaş: