"Pakistan "Taliban"ın Çinlə əməkdaşlığını alqışlayır"- Pakistanın daxili işlər naziri
Pakistanın daxili işlər naziri şeyx Rəşid Əhməd «Taliban»ın Əfqanıstanı Çin-Pakistan iqtisadi dəhlizinin iştirakçısı etmək barədə istəyini alqışlayıb.
Bu barədə sentyabrın 6-da «Dawn.com» saytı xəbər verib.
Şeyx Rəşid Əhməd bu barədə İslamabadda keçirilən mətbuat konfransında bəyan edib. O, Çin-Pakistan iqtisadi dəhlizini Pakistan üçün ümid yeri adlandırıb və bəyan edib: «Pakistan Çinlə öz dostluğu ilə fəxr edir və əgər «Taliban» analoji baxışlara malik olarsa, o zaman gerçəkdən yaxşı olar».
Nazir bəyan edi ki, Əfqanıstanda Hindistan tərəfindən təşkil olunmuş 68 məşq düşərəsi fəaliyyət göstərir - onlar hazırda fəaliyyətdədirlər.
Bundan əvvəl xəbər verilmişdi ki, «Taliban» Əfqanıstanın bərpası işlərində Çinə başlıca həmkar kimi baxır və taliblər «Bir kəmər-bir yol» Çin layihəsində iştirak etməyə hazırdırlar.
Oxunub: 367
Xəbəri paylaş
Paylaş: