“Konqres icazə versə, baha olsa belə, ABŞ-dan HHM sistemləri ala bilərik” -
Mövlud Çavuşoğlu
“ABŞ "S-400"-lə bağlı sanksiya tətbiq etdi, lakin biz bu məsələdə hər zaman dialoq tərəfdarı olmuşuq”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.
O bildirib ki, Türkiyə özünün Hava Hücumundan Müdafiə (HHM) sistemini təkmilləşdirir.
“Özümüz istehsal edənə qədər Hava Hücumundan Müdafiə sistemlərinə ehtiyacımız var. Əgər Konqres icazə versə, qiyməti baha olsa belə, ABŞ-dan Hava Hücumundan Müdafiə sistemləri ala bilərik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.
Oxunub: 245
Xəbəri paylaş
Paylaş: