“Rusiya, İran və Çin taliblərlə razılığa gəlməyin yollarını axtarırlar”-
Bayden
Rusiya, İran və Çin «Taliban» radikal hərəkatı ilə razılığa gəlmək üçün cəhd göstərəcəklər.
Bu fikri sentyabrın 7-də ABŞ prezidenti Co Bayden Nyu-York və Nyu-Cersi ştatlarına səfərindən sonra jurnalistlərə bildirib.
Bu barədə «Röyter» agentliyi xəbər verib.
Çinin talibləri mümkün maliyyələşdirməsindən ehtiyat edirmi - sualına cavab verən dövlət başçısı deyib: «Çinin taliblərlə ciddi problemləri var».
«Onlar taliblərlə bəzi razılaşmalar hazırlamağa cəhd edəcəklər, mən əminəm, Pakistan kimi Rusiya və İran da. Onların hamısı anlamaq istəyirlər ki, indi nə etməlidirlər» - o, hesab edir.
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: