Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq
2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 912 milyon manat və yaxud 1 125 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.
Bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda qeyd olunub.
Maliyyə Nazirliyinin məlumatına görə, bu, gələnilki büdcə xərclərinin 6,6 faizi deməkdir.
2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 13 faiz azalacaq.
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: