Ağalı kəndinin “Ağıllı kənd” olmasına nə qədər pul ayrılıb?
Bu ilin I yarısında Zəngilan rayonunun II Ağalı kənd ərazisində “Ağıllı kənd” layihəsinin icrası üçün Kənd Təsrrüfatı Nazirliyinə 10,8 milyon manat vəsait yönəldilib.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycan hökuməti Zəngilan rayonunun da daxil olduğu işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına 372,1 milyon manat xərcləyib.
Oxunub: 346
Xəbəri paylaş
Paylaş: