PREZİDENT YENİ QƏLƏBƏLƏRİ ELAN ETDİ -
Bu gün daha bir qəsəbə və 21 kənd işğaldan azad olundu /SİYAHI
Azərbaycan Ordusu bir sıra topraqları da erməni işğalından azad edib.
Bu barədə Prezident İlham Əliyev "Tvitter" səhifəsində bildirib.
"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini,
Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir.
Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!"
Oxunub: 398
Xəbəri paylaş
Paylaş: