Nikol ruslarla müharibədə ölən gürcülərin xatirəsini yad etdi
Gürcüstanda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan səfərinin 3-cü günü Batumi şəhərini ziyarət edəcək.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Dünən Paşinyan səfər zamanı Gürcüstan Baş naziri İrakli Qaribaşvili və Prezident Salome Zurabişvili ilə görüşüb.
Paşinyanın səfərində daha bir diqqət çəkən məqam onun Tiflisdəki Qəhrəmanlar Meydanında 2008-ci ildə Rusiya ilə müharibə zamanı ölənlərin xatirəsini yad etməsi olub.
Oxunub: 344
Xəbəri paylaş
Paylaş: