ABŞ Əfqanıstanda “Əl-Qaidə”nin dirçələcəyini gözləyir -
“Biz “Taliban”a xəbərdarlıq etmişik...”
Əfqanıstanı pladstarm qismində 20 il əvvəl ABŞ-a qarşı istifadə etmiş «Əl-Qaidə» terror qruplaşması bu ölkədə yeni hakimiyyətin dövründə dirçələ bilər.
Bu barədə sentyabrın 9-da ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib.
Bu bəyanatı Ostin Fars körfəzi ölkələrinə dörd günlük səfərinin sonunda keçirdiyi brifinqdə səsləndirib. O, deyib ki, ABŞ «Əl-Qaidə»nin Əfqanıstana qayıtmasının qarşısını almağa hazırdır, çünki qruplaşma ABŞ-a təhlükə yarada bilər.
«Bütün cəmiyyətlər müşahidə edirlər ki, «Əl-Qaidə»nin Əfqanıstanda dirçəlmək imkanı varmı və bu zaman nə baş verər? - o, deyib - Amma «Əl-Qaidə» və «İD»-nin təbiəti belədir ki, onlar həmişə inkişaf üçün və dirçəlməyə ərazi tapmağa can atacaqlar - Somali və ya istənilən digər idarəolunmaz məkanda. Mən, hesab edirəm ki, təşkilatın təbiəti belədir».
Məlum olduğu kimi, taliblər Əfqanıstanda hakimiyəti ələ keçirən zaman (1996-2001-ci illər) «Əl-Qaidə»yə sığınacaq vermişdilər. «Taliban» 11 sentyabr terrorundan sonra «Əl-Qaidə» liderlərini ələ verməkdan imtina edəndən sonra ABŞ Əfqanıstana soxulmağa başlamışdı. ABŞ işğalının 20 ilində Əfqanıstanda «Əl-Qaidə» gücləri əhəmiyyətli dərəcədə azalıb, amma taliblərin hakimiyyətə qayıtması fonunda bəzi məsələlərin perspektivi ortaya çıxıb.
«Biz, «Taliban»a xəbərdarlıq etmişik, gözləyirik ki, onlar bunun baş verməsinə imkan verməyəcəklər» - Ostin deyib.