Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Rusiyanın ən kiçik xalqı dörd nəfərdən ibarətdir
  • Xalq, millət, yoxsa cəmiyyət? Bir qarışıqlığın dumanında
  • BAKI BƏYANNAMƏSİNƏ QARŞI MOSKVADA NİYƏ HAY-HƏŞİR QALDIRILDI?- “Rusiya üçüncü Ermənistana çevirilib...”
  • Britaniyada koronavirusdan daha çox qaradərililər ölür - SƏBƏB
  • “Əgər Prezident konkret adlar çəkirsə, deməli...”- Vahid Əhmədov
  • Millətçilik anlayışı: mono və polietniklik işığında

    • Tarix: 11-09-2021, 12:37

    Bəri başdan deyim ki, fikrimcə, millətçilik etnik məfhum deyil, olmamalıdır və ümumiyyətlə etnikliyin siyasətə daşınması yolverilməzdir. Bununla belə, millətçiliyin, şübhəsiz ki, bir etnik kökə bağlı kulturoloji çərçivələri olur. Tamamən əlaqəsiz (dil, din, adət-ənənə, birgəyaşayış və s. bağları olmayan) xalqların ortaq millət formalaşdırması mümkün deyil.


    Müstəmləkəçilik çağında Avropadan hər iki Amerika qitəsinə köçmüş və sonradan Afrikadan kölə şəklində oralara köçürülmüş qrupların çeşidli Amerikan dövlətləri yaratması faktı, söz etdiyim çərçivələr məsələsində istisna sayıla bilməz. Çünki həmin qruplar oraya xalq kimi deyil, mühacir, məcaraçı, sahibkar, dindar, hərbçi, cinayətkar, qaçqın və s. qismində getmiş, orada gəlmə olduğunu anlamış, bu anlayışla barışmış və bunun nəticəsində hər şeyi, belə demək olarsa, sıfırdan başlamışlar.

    Çeşidli coğrafi (məsələn, Yaponiya) və ya siyasi (məsələn, Ermənistan) səbəblərdən təkköklü (monoetnik) toplumlara çevrilmiş ölkələrin təcrübələri də bizim üçün örnək ola bilməz. Biz, çoxköklü (polietnik) toplumuq. Bu halımıza bəzək-düzək verməyin tərəfdarı deyiləm. Buna bir gerçəklik kimi baxılmalıdır.

    Çoxköklü toplumda etnik millətçilik çox təhlükəlidir. Əslində, mənim üçün “etnik millətçilik” deyilən anlayış yoxdur. Köklərə qayıdış, etnik özəlliklərə üstünlük verməyin adı millətçilik deyil, şovinizmdir. Bizim coğrafiyada əksər hallarda bu iki qavramın fərqi duyulmur. Qonşularımızda millətçilik adı altında çox zaman şovinistik görüşləri önə çəkirlər. Bunun ölkəmizə təsirsiz ötüşməsi mümkün deyildi, ona görə bizdə də bu yanlış qavramanın nümunələrini görə bilirik.
    Bu məsələdə Rusiyanın ziyanlı təsiri lap çoxdur – bir tərəfdən yanımızda Ermənistan kimi qurumu yaradıb, bizi tarixi torpaqlarımızdan qovub, soyumuzun və dilimizin adını zorla dəyişdirib. Digər tərəfdən də Leninin siyasi lüğətə gətirdiyi “millət” sözünün yanlış yozumu bütün işləri konseptual səviyyədə qarışdırıb.
    Rusiyadakı, Ermənistandakı, İrandakı və potensial olaraq Gürüstandakı şovinizmə qarşı bizdə, cavab olaraq, şovinistik görüşlərin önə çıxması təəccüblü olmasa da, yolverilməzdir.

    Biz qonşularımız kimi şovinist olmamalıyıq. Birincisi, artıq yazdığım kimi, çoxköklü toplum olduğumuza görə. İkincisi, şovinizmin gerilikçi bir düşüncə tərzi olduğuna görə. Üçüncüsü, ölkəmizin şəraitində bunun mümkünsüzlüyü səbəbilə. Üçüncü səbəb heç gözəgəlimli deyil, əslində, onu yazmaya da bilərdim. Sadəcə biriləri şovinist olmağı seçmiş olarsa, uzaqbaşı kiçik bir sekta, marjinal bir qrup olaraq qalacaqlarını anlamalıdır.


    Soyumuzun (etnik çoxluğun) adı nədir?


    “Biz, türklər…” olaraq başlayan cümlələr çox vaxt ağır tənqidlə üzləşir. Çoxuna elə gəlir ki, bu ifadə ölkəmizin bütün əhalisini türkləşdirmək cəhdidir. Belə bir münasibət hətta çox hörmətli insanlar tərəfindən də sərgilənir. Halbuki, burada söhbət, özümü də aid etdiyim etnik çoxluqdan gedir. Mənim üçün aydındır ki, adımız türkdür. Dilimizin də adı Türk dilidir. “Biz, türklər…” ifadəsi, digər etnik qruplara əsla hörmətsizlik deyil, axı özünü türk saymamaq, türk hiss etməmək hər kəsin təbii haqqıdır.

    Biz kişilikdən danışanda qadınlara qarşı ayrıseçkilik etmiş oluruqmu? Feministlərə görə oluruq, amma onlar marjinal qrupdur. Qadınların arasında belə nüfuz toplamaqda çətinlik çəkirlər. “Kişilik mövzusu” qadınlara qarşı hörmətsizlik, ayrıseçkilik olmadığı kimi, “türklük” də mövzu kimi etnik azlıqlara qarşı yönəlmir.


    Etnik çoxluğun adını türk qoymaqla, etnik azlıqlara təhlükə yaratmış oluruqmu?


    Əvvəlcə gərək bu təhlükənin adını qoyaq, onun nədən ibarət olduğunu müəyyən edək. Ölkəmizin türk olmayan etnik qrupları öz aralarında və öz dillərində bizi onsuz da türk adlandırmırmı? Elədirsə, niyə biz özümüzə Türk deyəndə qıcıq, ya da hətta təhlükə yaratmış sayılmalıyıq? Sualın bu cür qoyuluşu belə yanlışdır. Biz adımızı türk qoymuruq, biz türkük. Bu adı bizdən alıblar, biz onu özümüzə qaytarmaq istəyirik.

    Bunun hansı suallar, narahatlıqlar doğurduğu da məlumdur. “Biz nə vaxtdan Türk olduq?”, “Bizim Orta Asiya’dakı xalqlarla nə əlaqəmiz var?”, “Özümüzü türk adlandırmaqla burada gəlmə olduğumuzu boynumuza almış olmuruqmu?”, “Bəs, onda Ermənilər haqlı çıxmış olurmu?”…

    Məsələ burasındadır ki, bu sualları səsləndirənlər türk olmayan etnik qruplar deyil, məhz öz türklüyünü unutmuş, yaxud nədənsə şübhəsi olan sadəlöhv soydaşlarımızdır. Niyyətlərinin təmiz olduğunu güman edirəm (belə bir gümanın öz üstünlükləri var). Bu adamların xeylisi (amma, şübhəsiz ki, hamısı deyil) “Rus sektoru”nda təhsil almışlardır.
    Rus təbliğatı bizi bizdən tam almasa da, içimizə xeyli şübhə toxumu sala bilib. Rus sektorunda milli təəssübkeşliyin formaşalmasıyla bağlı çox ciddi problem və boşluqlar var.
    Lakin, problem əlbəttə ki, təkcə “Rus sektoru” ilə məhdudlaşmır. “Azərbaycan bölməsi”ni bitirənlərin də arasında bu sualların içində azmışlar var. Onları qınamaqdan çox uzağam. Bununla belə, onların yanlış düşündüyünü də deməliyəm.

    Bu sulların nədən təmiz niyyətlə verildiyini güman edirəm? Aralarında olan bəzi suallar bunu aydın göstərir. Əsas məsələ yerli/gəlmə diskursundadır. Bəziləri qorxur ki, biz özümüzə türk deməklə gəlməliyimizi vurğulamış, bununla da ermənilərə arqumentativ üstünlük qazandırmış oluruq. Doğrusu, mövzunun belə dərinliklərinə varmağı qarşıma qoyduğum məqsədlər baxımından gərəksiz sayıram. Mən məsələyə faktoloji deyil, normativ yanaşıram.

    Biz hər zaman türk olmuşuq, amma hər zaman burada olmamışıq. Mənim üçün bizim gəlməliyimiz qətiyyən problem yaratmır. Bir millətçi üçün işin bu tərəfinin heç bir dəyəri yoxdur. Amma şovinist üçün ola bilər. Millətçiliklə şovinizmin fərqləndirilməsinin önəmini yuxarıda vurğuladığıma görə, yenidən bu məsələyə qayıtmaq istəmirəm.

    Gəlmə olmağın heç bir zəif, əksik, ya da başqa xoşagəlməz tərəfi yoxdur. Əksər xalqar əksər yerlərdə gəlmədir. Bəziləri digərlərindən öncə gəlib – tək fərq budur. Bunun üzərində siyasi arqument qurmaq millətçiyə yaraşmaz. Ayrıca, hər kəsin belə mövzularda özəl azadlığı var. Hətta BMT-nin Mülki və Siyasi Haqlar haqqında Anlaşmasının 27-ci maddəsi etnik kimliyi kollektiv haqq deyil, fərdi azadlıq sayır.

    Beləliklə, buralara gəldiyimizdən bu yana ən azı min ildən çox zaman keçib. Bu qədər zamandan sonra “gəlmə” diskursu o qədər qeyri-ciddi səslənir ki, bu diskursa qoşulmağın özü insanın ətini ürpəşdirir. Üstəlik, biz elə-belə gəlməmişik. Biz dövlətlər, imperiyalar qurmuşuq. Amma bu, tamam başqa mövzudur, millətçiliklə heç bir əlaqəsi yoxdur.


    Azərbaycanlı olmaq nə deməkdir?


    Əslində, əsas problem buradadır. Bundan öncə yazdıqlarım giriş sayıla bilər.

    Bir millətçi üçün “Azərbaycanlı” sözü heç bir etnik anlam daşımamalıdır. “Azərbaycanlı” deyilən soykök yoxdur. Azərbaycan – yer adıdır. “Azərbaycanlı” etnik deyil, milli kimlikdir. Bunu hər kəsin bilməsi gərəkdir. 1939-cu ilədək biz (etnik çoxluq) sovet pasportlarında Türk adlanırdıq. İkinci Dünya Müharibəsinin yaxınlaşdığını və bu müharibədə Türkiyənin Almaniyaya tərəf olacağını güman etmiş Sovet rəhbərliyi bizim adımızdan Türklüyü zorla götürdü və bizi “Azərbaycanlı” adlandırdı (etnik mənada).

    Biz doğrudan da azərbaycanlıyıq. Amma bu, bizim etnik deyil, milli kimliyimizdir. Azərbaycanlı olmaq – Azərbaycan vətəndaşı olmaqdır. Bundan başqa bu sözün tutarlı anlamı yoxdur.
    Güney Azərbaycan mövzusu burada diqqətdən qaçırılmış kimi görünsə də, məqsəd başqadır. Yazdığım kimi, millətçilik siyasi kimlik üzərində qurulur. Paspostlarınıza baxın. Orada İngiliscə vətəndaşlıq bölümündə nə yazılıb? Nationality – yəni, milliyyət. Amma söhbət etnik kimlikdən deyil, siyasi kimlikdən (vətəndaşlıqdan) gedir.

    Bizdə “Azərbaycanlı” sözü etnik mənada qavranıldığı üçün ortaya xeyli problem çıxır. Birisilə söhbətdə “mən azərbaycanlıyam” dediyiniz zaman, cavab yerinə, məsələn, “mənsə talışam/ləzgiyəm/kürdəm və s.” eşidəndə dərin bir çaşqınlıq yaranır. Bununla etnik azlıqlar öz etnik kimliklərinə sığınaraq (buna tam haqları var), “Azərbaycanlı” sözünü etnik kimlik səviyyəsinə endirmiş olurlar. Yaxşı, mən olum azərbaycanlı, birisi də olsun, məsələn, tat. Bəs, ikimiz bir yerdə nə oluruq? Yenə azərbaycanlı? Alınmır axı.
    Paradoksal şəkildə belə çıxır ki, ikimiz bir yerdə olanda örnək kimi götürdüyüm xəyali tat həmsöhbətim etnik kimliyindən imtina etmiş olur. Deməli, burada, ən azından diskursiv səviyyədə, dərin uyğunsuzluq var. Şovinistlər bu uyğunsuzluğu görməyə bilər, hətta ondan yararlanmaq da istəyə bilər. Amma millətçi belə yanlışı etməməlidir.
    Millətçi üçün “Azərbaycanlı” sözü etnik kimlikdən asılı olmamalıdır. Ayrılıqda biz türk, talış, tat, ləzgi, kürd və s. qruplarıq. Bu, bizim etnik kimliyimizdir. Amma birlikdə biz azərbaycanlıyıq. Bu da bizim siyasi kimliyimiz, millətimizdir. Mənim millətçiliyim budur.
    Etnik azlıqlar bilməlidir ki, onların haqları etnik çoxluğun adı özünə qayıdandan sonra daha yaxşı qorunacaq (gerçəkləşəcək).


    Dilimizin adı nə olsun?


    Yenidən eyni mövzuya qayıtmış kimi görünsəm də, dilimizi Türk dili sayıram. Ruslar vaxtilə “турки” və “тюрки” bölgüsünü yaratmışlar (imperial məqsədləri üçün). Bizim dildə “ю” hərfi yoxdur. Bizim üçün bu bölgü anlamsızdır. Biz Türkük, dilimiz də Türk dilidir. Bəli, Türkiyədəki Türkçədən fərqlənir, amma tərcüməsiz ünsiyyətə mane olacaq bir fərq deyil. Dilimizi Türk dili adlandırmaqla dilimizdə olan ərəb və fars sözlərinə qarşı aşağılayıcı yanaşmaya varmağın da yeri yoxdur.
    Doğrudur, türk köklü söz olan yerdə, ərəb və fars sözündən istifadə edilməməsi arzulanır, amma bununla bağlı siyasət yürütməyi kimsə təklif etmir. Bizim dil, xüsusən Fars dilindən götürülmüş sözlərlə daha da zəngindir. Bununla belə, dilimiz Türk dilidir.

    Baxın, İngilis dilinin təxminən 60%-i fransız mənşəli sözlərdən ibarətdir. Bunun tarixi səbəbləri var – Normanlardan başlamış, sonradan Plantagenet sülaləsinin 3 əsrlik hakimiyyəti nəticəsində İngilis dili Fransız dilinin güclü təsiri altında olmuşdur. İngilis dilinin yalnız 20% Anqlo-Sakson köklü sözlərdən ibarətdir. Digər 20% – Latın dilindən götürülmə sözlərdir. Bununla belə, kimsə İngilis dilinə Britaniya fransızcası deməyib heç zaman.

    Bizim dilin Türklüyü İngilis dilinin Anqlo-Saksonluğundan müqayisə olunmayacaq dərəcədə çoxdur. Niyə bizim dilə Azərbaycan dili, ya da Azərbaycan Türkcəsi deyilməlidir? Bu, dilçilik mövzusu deyil. Mən buna siyasi baxıram. Dilimizin çəkinmədən Türk dili adlandırılmasının tərəfdarıyam.

    Bəlkə, başqa şərtlər altında bunları yazmazdım, amma məni “Türkün məsəli/sözü” kimi aşağılayıcı təqdimatlar çox üzür. Soxmaq, itələmək, basmaq, çalmaq və s. kimi sözlərin bədii, lüğəti mənasının aydın olmasına baxmayaraq, bu sözlərin söyüş mənasında qavranıldığını güman edərək, “Türkün məsəli/sözü” ifadəsini işlətməklə, hələ bir üzr də istəyərək, danışası hala niyə düşməliyik? Kimin ağlına söyüş gəlirsə, bu, onun düşüncə qüsuru, tərbiyə problemidir, dilin problemi deyil.


    Hər işimiz düzəldi, qaldı bir türklüyümüz?


    Belə bir irad da var. Şəxsən mənə burası çox gülməli gəlir. Əlbəttə, mən siyasi, iqtisadi, sosial problemlərin içində belə mövzuları açmağın çətinliyini anlayıram. Mən tələsmirəm, kimsəni də tələsdirmirəm. Mövzunun çox həssas olduğunu yaxşı bilirəm. Ehtiyatlı yanaşmanın önəmini də başa düşürəm. Bununla belə, bu iradı qəbul edə bilmirəm. Bütün problemlərlə eyni adamlar məşğul olası deyil ki. Yəni, bu iradın doğruluğunu güman etsək, belə çıxır ki, eyni adamlar, məsələn, öncə kanalizasiyanı düzəldəcək, sonra da dilimizi. Gülməlidir, deyilmi? Belə olmayacaq, təbii ki. Hər işin öz ustası olacaq və bütün işlər zamanında görüləcək.

    Toğrul Altay

    Oxunub: 463
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.