Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • STM sədri Zahid ORUC: "İlham Əliyev yeni hakimiyyət qurur"
  • Anar: “Güneydəki qardaşlarımız Yerevanı ərzaqla təmin edir…”
  • Səfir: “İranın ali dini rəhbəri, MM-in sədr müavini, iki nazirimiz Azərbaycan əsillidir”
  • Tarixin 10 ən zəngin cinayətkarı – SİYAHI
  • Xalq, millət, yoxsa cəmiyyət? Bir qarışıqlığın dumanında

    • Tarix: 7-12-2019, 21:33

    Ağalar Qut


    “Xalq” və “cəmiyyət” anlayışları Azərbaycanda bir sıra hallarda bir-birinin az qala sinonimi, əvəzi kimi başa düşülür və işlənilirlər. “Azərbaycan xalqı” ilə “Azərbaycan cəmiyyəti”nin qarışıq salınması – təkcə dil və yaxud terminologiya qarışıqlığı deyil, anlağımızdakı dumandır da. Bu qatı dumanı kiçik bir yazıyla bütövlükdə dağıtmaq mümkün olmayacaqsa da, ən azından belə bir problemin varlığına azacıq işıq düşmüş olacaqdır.


    BİRİNCİ HİSSƏ


    Anlayışların izahına dildən – sözlərin izahından başlamaq ən uğurlu başlanğıclardan biridir.

    Xalq sözü – ərəbcə deyildir, özümüzün “qalaq”, daha qədim formasıyla desək, “qalanaq” sözümüzdür. Od qalayıb, o odun çevrəsində qalaqlanan insanlar deməkdir.

    Ərəbcədə bir qom adam, millət, xalq, qəbilə kimi mənalar bildirən “qoum” (قوم) sözü – elə özümüzün “qamu” (hamı) sözümüzdür. Azərbaycan orfoqrafiyasında “v” ilə “qövm” kimi yazılaraq daha da tanınmaz hala salınan “qoum” – qamu (hamı) – eyni “qam”dan qopanlar, başqa sözlə, eyni ananın qarnından doğulan qarındaşlardır. Bizim fikrimizcə, “qohum” (qahım) sözünün də etimologiyası “qamu” (hamı) sözünə bağlıdır. Qohum-qardaş – qam-qarındaşdır. Görünür, biz ərəbcədən “millət” sözünü almamışdan qabaq, “qam” sözünü işlədirdik. Qam sözü bizə qam-şaman və midiyalı məşhur maq “Qam Ata” (Qaumata) – yəni, millət atası – adından tanışdır. Qam – hamılıqla bir-birinə qohumluqdur, bu, elə millət deməkdir. Kaş, 19-cu əsrdə Avropadan gələn “nation” (nasionalizm) sözü dilimizə “qam” sözüylə çevriləydi.

    Ərəb dilində millət və eyni dinə etiqad edənlər mənalarını bildirən “umma” (امة) sözü – ana mənası bildirən “umm” (ام) sözündən yaranıb. “Ümumi” sözü də buradan törəyir. Ancaq türk dillərində də, məsələn, elə Azərbaycan dilində (Şamaxıda, Salyanda və b.) anaya “məmə”, türkməncədə “əmə”, çuvaşcada “ama” (<Umay) deyirlər. Ümmət sözü də bir anadan doğulanlar deməkdir. Qam, qamu sözləriylə məmə, əmə, ana sözləri – etimolojiq baxımdan eyni sözdürlər.

    Ərəbcə sayılan qəbilə (قبيلة) sözü də bizim göbək sözümüzdən başqası deyildir. Qəbilə – bir göbəkdən doğulub-törəyənlər deməkdir.

    Qədimdə insan birliklərinin, qohumluğun və yaxud qandaşlığın dişilikdən, ulu anadan, ulu nənədən götürülməsi təəccüblü olmamalıdır. Elmdə buna matriarxat adı verilir. Azərbaycan kəndlərində indi də nəsillər – “tirə”, “göbək”, “turuq” kimi sözlərlə bildirilir ki, bu sözlərin də hər biri analıqla, doğulub-törəməklə əlaqədardır. Latınca sayılan nation sözünün də etimonu “qnatus” – doğulanlar deməkdir.

    Millət sözünə gəldikdə, bu söz islamdan sonrakı – yəni indiki – ərəbcədə eyni etiqadı bölüşənlər, dindaşlar deməkdirsə də, aramey dillərində millət sözünün etimonu “malel” – danışmaq, söyləmək kimi dünyəvi mənalar bildirir. Belədə, əslində millət – bir-birlərini eyni bir dillə başa düşənlər, eyni dildə danışanlar, bir sözlə, dildəşlik deməkdir. Bu dil isə ana dilidir. Deməli, millət – bir ulu ananın dilində danışanlardır. Fransız inqilabından sonra dəbə minən “nation” sözü dilimizə “millət” sözüylə, “nasionalizm” də “millətçilik” kimi tərcümə edilərkən, maraqlıdır ki, millət sözünün ərəbcədəki dini mənası yox, aramey dillərindəki dünyəvi mənası əsas götürülmüşdür.


    İKİNCİ HİSSƏ


    Qısa etimolojiq izahdan sonra artıq xalq, millət və cəmiyyət anlayışlarının izahına keçmək olar.

    Dilimizdə “xalq” sözünün başlıca iki mənası vardır: “Xalq”ın bir mənası – demosdur. Demos – bir dövlətin əhalisi, bütün vətəndaşları deməkdir; onda “Azərbaycan xalqı” – Azərbaycanda yaşayan təxminən on milyonluq əhalidir. Lakin o biri tərəfdən “milli dövlət” (hər millətin bir dövlətə sahib olması və hər dövlətin bir millət tərəfindən qurulması) anlayışına görə, dövləti olan xalq – buna “dövlət xalqı” (Staatsvolk) da deyilir – millət adlandırıldığından, həmin bu on milyonluq xalq həm də millətdir.

    Milli dövlət konseptinə görə, millət – dövlətin adı kimidir. Misal üçün, Almaniya Federativ Respublikası dövləti alman millətinin adınadır, bu dövlətin bütün vətəndaşları “doyç”, yəni alman adlanır, halbuki, onların heç də hamısı genetik baxımdan “doyç”, yəni alman deyillər. Rusiya da bu cürdür, İngiltərə də və s. Azərbaycan Respublikası dövləti isə – Amerika, Kanada, Avstriya və s. kimi – heç bir millətin adına deyildir.

    Xalq və millət sözləri sinonim olmaqlarına baxmayaraq, Azərbaycanda xalq sözü millət sözündən daha çox işlənilməkdədir. Çünki xalq sözündə neytrallıq vardır, bir-birinə özgələr də bir odun çevrəsinə qalaqlanıb qalaq (xalq) ola bilərlər. “Millət” sözünü işlədəcəksənsə, gərək millətin adını deyəsən. “Azərbaycan xalqı” ifadəsi – “Azərbaycan dili” ifadəsinin əkiz tayıdır. Belə ki, “Azərbaycan” coğrafi məkanın adı olduğu üçün “Azərbaycan dili” ifadəsindən bu dilin linqvistik tərkibi – hansı dil olması – bilinmədiyi kimi, “Azərbaycan xalqı” ifadəsindən də bu xalqın etnik tərkibi – hansı millət olması – bilinməməkdədir.

    “Xalq”ın ikinci mənası – etnosdur. Etnos – ana dili birliyidir, qandaşlıqdır, genetik ortaqlıqdır, ulu bir anadan – qamdan – törəyən qarındaşlıqdır. Misal üçün, biz “On milyonluq Azərbaycan xalqı” dedikdə, özümüzü avar, xınalıq, ləzgi, qrız, kürd, saxur, tat, talış, udin, yəhudi və başqalarından ayırd etmiş olmur və dövlətin əhalisi, vətəndaşları mənasında “demos”u, yəni milləti nəzərdə tutmuş oluruq; ancaq “Biz dünyada əlli milyonluq xalqıq” dedikdə isə özümüzü başqa bütün millətlərdən ayırd etmiş olur və “xalq” sözünü bu dəfə “etnos” mənasında, yəni genetik qohumluq baxımından millət mənasında işlədirik. Beləliklə, xalq millətdir – ya vətəndaş kimi dövlət birliyi mənasında, ya da genetik qohumluq kimi əcdad birliyi mənasında.

    Millət anlayışı da ikimənalıdır: 1) Etnik, yəni genetik qohumluq mənasında millət anlayışı və 2) eyni dövlətin xalqı, əhalisi, vətəndaşı mənasında millət anlayışı. Bununla da etnik millətçilik (yəni, genetik millətçilik) ilə dövlət millətçiliyi (yəni, politik millətçilik) bir-birindən ayırd edilməlidir. “Etnik millətçilik” – öz etnosunun kulturasını, dəyərlərini, ana dilini və s. yüksək qiymətləndirmək və qorumaqdırsa, “dövlət millətçiliyi” – öz vətəndaşını başqa dövlətlərin vətəndaşından üstün tutmaqdan başqa bir şey deyildir.

    Bir sıra hallarda bir millət bir neçə dövlətin ərazisində yaşayır, məsələn, elə biz özümüz, ermənilər, kürdlər və b. Belə millətlər yaşadıqları dövlətlərin xalqları – vətəndaşları – olsalar da, öz milli mənşələrini, öz vahid ulu analarını unutmurlar. Bizim ürəyimiz Kərkükdə, Mosulda, Ərbildə (İraq), Qarsda, Iğdırda, Sivasda (Türkiyə), Borçalıda (Gürcüstan), Dərbənddə (Rusiya), Urmuda, Zəncanda, Təbrizdə (İran) yaşayan millətimizlə bir ritmdə döyündüyü kimi.

    Ərəb sözü hesab edilən “cəmiyyət” sözünə gəldikdə, bu sözün kökü “cəm” (جم) bizim “qom”, “kom” sözümüzdür; “cəmiyyət” sözünün hərfi mənası komalanmaq, komalaşmaq, qomluq deməkdir. Cəmiyyət sözünün terminolojiq mənası isə publika, assosiasiya, ittifaq, təşkilat, bir sözlə, bir yerə qom olmaq deməkdir, ancaq o, bir ölkə əhalisinin birgəyaşayış strukturu kimi, latınca “societas”ın, rusca “общество”nın, ingiliscə “society”nin, almanca “Gesellschaft”ın tərcüməsi deyildir. Bizim “cəmiyyət” dediyimizə ərəblər özləri “cəmiyyət” demirlər, “şarika” (شرکة) deyirlər, yəni şəriklik. Məsələn, Həsənbəy Zərdabi 1877-ci ildə “Əkinçi”də yazırdı: “… Osmanlı əsgərindən zəxmdar olanlara ianət etməkdən ötrü London şəhərində bir cəmiyyət binə olub ki, keçən məhərrəməcən 6500 lirə cəm edib.” Göründüyü kimi, böyük Zərdabi düzgün olaraq, cəmiyyət sözünü təşkilat mənasında işlədirdi. Məndən soruşan olsaydı, mən “societas”ın tərcüməsi kimi “ortaqcalıq” sözünü irəli sürərdim. Ortaqcalıq sözü təkcəlik, bircəlik, böyükcəlik sözlərinin quruluşundadır. Latınca “societas” sözünün özü də yoldaş, qonşu, yanaşı, ortaq deməkdir. Azərbaycan dilində küçə, park, mağaza kimi ictimai yerlərə “ortalıq malı” da deyilir, yəni ortaq istifadə etdiyimiz yerlər. Məsələn, ruslar latın sözü “societas”ı “ümumilik”, “ortaqlıq” (общество) kimi, almanlar “yoldaşlıq”, “ortaqlıq” (Gesellschaft) kimi tərcümə etmişlər. Bir yerə toplanmaq – cəmlənmək, cəmiyyət, toplum – ortaqlıqdan bambaşqa bir anlayışdır. Sovet cəmiyyətində hamı bir-biri üçün “товарищ” (yoldaş) idi. “Товарищество” (Yoldaşlıq) – latın sözü “societas”ın rus dilinə başqa bir tərcüməsidir.


    ÜÇÜNCÜ HİSSƏ


    Əlbəttə, siyasətdə özünü daha böyük çoxluğun tərcümanı kimi göstərmək istəmək, xalqın adından danışmaq normaldır. Ancaq problem ondadır ki, istər hakimiyyətdə, istərsə də müxalifətdə bəziləri səmimiyyətlə inanırlar ki, onlar doğrudan da xalqı təmsil edirlər. Cəmiyyət adından danışmalı ikən, xalq adından danışırlar. Bunun ucundan da “Kimdir xalq? sualı bir çoxları üçün artıq fəlsəfi sual yox, politik sualdır.

    Klassik kənd-şəhər bölgüsü elə xalq-cəmiyyət bölgüsüdür. Xalq – kənddədir, kəndlidir. Cəmiyyət – şəhərdədir, şəhərlidir. Xalq – cəmiyyətin materialı, fərdləri; cəmiyyət – xalqın birgəyaşayış forması, strukturudur. Azərbaycan əhalisinin yarısından çoxu kəndlərdə yaşayır, kəndli kimi yaşayır, o, xalqdır. Bakı şəhərində yaşayanların da çoxu son illərdə iş dalısınca şəhərə köçən kəndlilər, kəndli kimi yaşayanlardır.

    Azərbaycan xalqı inəyini sağır, kilimini toxuyur, pendirini tutur, arağını çəkir, pirinə gedir, mal-qarasını otarır, sürüsünə tütək çalır, əkinini sulayır, bayatı deyir, o, qol çəkmir, söz verir, polisə getməyi satqınlıq sayıb günahkarı özü cəzalandırır, qızına cehiz yığır, oğluna qız seçir… Azərbaycan cəmiyyəti sosial şəbəkələrə qoşulur, saytlara baş çəkir, siyasi xəbərlərlə maraqlanır, sosial-siyasi hadisələrə öz münasibətini aktiv formada bildirir, ən azından mövqe tutur, hüquqlarını bilir, qanunlarla yaşamaq istəyir, partiyalara, siyasi nümayişlərə qoşulmağa hazırdır… Kənddə adamların ikinci adı – ayaması da – varkən, cəmiyyətdə münasibətlər anonimdir.

    Sovet hakimiyyəti milli adət-ənənələri “köhnəliyin qalığı” kimi rədd etməklə, milli kulturanı (misal üçün, qohumbazlığı) yox edirdisə, o biri tərəfdən cəmiyyətləşməni (misal üçün, hamıya eyni münasibəti) yayırdı. Kəndlərdə dövri mətbuata məcburi abunəlik, hər kənddə bir klub, kitabxana və s. kəndləri cəmiyyətləşmə prosesinə məcburi qoşurdu. 1990-cı illərdə Bakıda sənaye istehsalı müəssisələrinin (fabrik və zavodların) bağlanması, şəhərə iş dalısınca kütləvi köç məcburiyyəti, kəndlərə medianın yolunun qapadılması, kəndlərin internetləşdirilməməsi və s. nəticəsində, müstəqil Azərbaycanda cəmiyyət, sovetdəkindən fərqli olaraq, istər sayına, istərsə də tutumuna görə əhalinin incə bir qabığına çevrilib.

    Bu qabığın haçansa siyasi hakimiyyəti dəyişdirəcəyinə inam – elitarizmin bir növüdür. Yeni nəsil müxalifətçilər bu elitarizm tələsinə düşməməli, kəndlilərin ayağına gedib, əllərini xalqa uzatmalıdırlar. Mirzə Fətəli Axundovun kəndlilərin diliylə pyeslər yazması, Həsən bəy Zərdabinin bu pyesləri teatrlaşdırması və s. – xalqla birbaş ünsiyyətə girmək üçün idi. Bu, əslində maarifçiliyin metodu idi. Kəndlilərlə işləmək baxımından bolşeviklərdən də nümunə götürmək olar. Tez-tez deyirlər, xalq siyasi müxalifətin çağırışlarına cavab vermir, xalq onların ardınca getmir və s., halbuki, tam əksinə, siyasi müxalifət kəndlərdəki çoxmilyonluq xalqı Bakı şəhərindəki bir neçə yüz minlik cəmiyyətlə dəyişik salaraq, xalqa dalını çevirmişdir. Deyəsən, bolşeviklərdən sonra Azərbaycan xalqının ayağına gedən olmamışdır.

    Azərbaycanda “xalqa müraciət” janrı ümumiyyətlə karikaturadır; söhbət “cəmiyyətə müraciət”dən gedə bilər. Çünki o müraciətlərin və yaxud video-söhbətlərin altında uzaqbaşı 10-50 min, uzağı 100-200 min dəfə abunəlik, baxış və yaxud “layk” görülür. Bax, bu, “Azərbaycan cəmiyyəti”nin təqribi sayı, tutumudur. Xalq cəmiyyətdə gedən söhbətlərə qulaq asmaq bir qırağa dursun, onları eşitmir də. Misal üçün, bu məqalədən “Azərbaycan xalqı”nın xəbəri də olmayacaqdır. Bunu oxusa-oxusa, əhalinin “ictimai sektor” adı verilən cəmiyyət qabığı oxuyacaqdır. “Əkinçi”ni, “Molla Nəsrəddin”i, “Füyuzat”ı oxuyanlar da Azərbaycan xalqı deyildi, o dövrün “Azərbaycan cəmiyyəti” idi. Azərbaycan Demokratik Cümhuriyyəti də o dövrün cəmiyyətində – xalqdan, yəni kəndlilərdən xəbərsiz – qurulmuşdu və elə bu elitarizminin də qurbanı oldu. “Azərbaycan xalqı”nın bizdən də xəbəri yoxdur.

    Qohumbazlıq, üzgörənlik və s. – səbəblər deyil, xalqlaşmanın nəticələridir. Alman kəndlisi də öz həmkəndlisinə üzgörənlik edir, bu, tamamilə normal insan halıdır. Lakin Avropa ölkələrində cəmiyyət gözə çarpır, xalq yox, yəni qanunların tətbiqi gözə çarpır, qədim milli adət-ənənələr yox. Azərbaycanda sovet cəmiyyəti dağılıb, yenidən cəmiyyətləşmə prosesi isə getməyib. Məsələn, maşını qaçırılan adam polisə şikayət edib, heç bir nəticə almayacaqsa, polis rüşvət alıb işi bağlayacaqsa, onda maşını oğurlanan şəxs, vaxtilə atı oğurlanan babasının elədiyi kimi etməyə – adamı tapıb onu özü bildiyi kimi cəzalandırmağa əl atacaqdır. Müstəqil Azərbaycanda son onilliklərdə fışqıran mentalitet – milli adət-ənənələrə qayıdış – cəmiyyətsizləşmənin nəticəsidir.

    Azərbaycan ədəbiyyatı bütövlükdə xalq ədəbiyyatıdır, cəmiyyət yox. O, politik olmaq istərkən sosial yox, dərhal etnik xarakter alır. 1960-70-ci illər ədəbiyyatının (Məmmədhüseyn Şəhriyar, Məmməd Araz, Bəxtiyar Vahabzadə) xalqa ünvanlanmış “Ayağa dur, Azərbaycan”, “Qalx ayağa, Azərbaycan!” tipli poetik çağırışları indi siyasətdə davam etməkdədir. Teatral vəziyyət yaranıb: Qapı-pəncərəsi qapalı bir salona 100-150 nəfər yığışıb, növbə ilə ayağa durub, bir-birlərinə bərkdən “Ayılın!”, “Oyanın!”, “Qalxın!” kimi sözlər qışqırırlar, xalq isə salondan qıraqda və uzaqlardadır.

    16.12.2018, Almaniya


    Oxunub: 1 676
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.