Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • AMEA-da otaq çatışmazlığından 8 şöbə ləğv olunur - SİYAHI
  • Fransada tarixi abidələr satışa çıxarılır
  • Moskvadakı ermənilər Şuşadakı muzeyə 300 rəsm əsəri hədiyyə edib
  • Amerikalı diplomat: “Rusiya müharibənin tarixini saxtalaşdırır”
  • Prezident: "Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir"
  • Tarixin bayağılaşması haqqında - "...Çörçill belə söz deməyib"

    • Tarix: 11-09-2021, 12:54


    Otuzuncu-qırxıncı illərdə Rusiyada, həmçinin digər Sovet respublikalarında baş verən hadisələr haqqında xeyli sənədli filmlərə baxdım, çoxlu yazılar və müsahibələr oxudum, müzakirələrə qulaq asdım. İntellektual pafos kimi çıxmasın, ümumiyyətlə, hadisələrin fəlsəfəsini tutmaq istəyirdim.

    Əvvəllər də tarixlə bacardığım qədər maraqlanmışam. Tarix çox sevdiyim azsaylı fənlərdən biri olub. Tarixi şəxsiyyətlər haqqında əsərləri, tarixi romanları böyük bir həvəslə, maraqla oxuyurdum. “Jozef Fuşe”, “Səmərqənd ulduzları”, “Spartak” əsərlərini oxuyarkən keçirdiyim emosiyaları hələ də xatırlamaqdayam. Son on ildə isə mütəmadi olaraq bir neçə aydan bir konkret bir tarixi hadisəni, tarixi dövrü mövzu kimi götürüb hərtərəfli, müxtəlif əks qütblü mənbələrlə tanış olmaqla, özüm üçün araşdırıram. Bununla həm həyatıma bir cıqqan məna qatıram, həm də tarixi daha ciddi öyrənirəm.
    Beləliklə, Böyük Fransa inqilabı, Dekabristlər üsyanı, Birinci Dünya müharibəsi, Rusiyada vətəndaş müharibəsi, Sovet-Fin müharibəsi, İkinci Dünya müharibəsi, Vyetnam müharibəsi və digər müharibələr, inqilablar, tarixi dövrlər, tarixi şəxsiyyətlər haqqında məlumat yükümü xeyli artırmağa müvəffəq oldum.
    Ən uzun çəkən öyrənmək prosesi İkinci Dünya müharibəsi ilə bağlı oldu. İkinci Dünya müharibəsi haqqında mənbələri öyrəndikcə faciənin miqyası məni dəhşətə gətirirdi və almanların bir xalq olaraq bu ağır yükün altından çıxmaqları möcüzə kimi görünürdü…

    Otuzuncu-qırxıncı illərdə Rusiyada, həmçinin, digər Sovet respublikalarında baş vermiş hadisələrlə maraqlandıqda tanış olduğum mənbələrdə tez-tez Stalin haqqında fikirlərə, faktlara rast gəlirdim. Bu da təbiidir. Çünki nəhəng bir ərazidə elmdən tutmuş incəsənətə, incəsənətdən tutmuş sənayeyə, sənayedən tutmuş kənd təsərrüfatına, kənd təsərrüfatından tutmuş təhsilə, təhsildən tutmuş səhiyyəyə qədər bütün sahələrdə nə baş verirdisə, nə qərar qəbul edilirdisə, hamısı bir insanın fikirlərindən, rəyindən, hətta şəxsi ovqatından asılı idi. Bir müşahidəmi yazmaq istəyirəm.

    Ümumilikdə götürəndə Stalin haqqında danışan, yazan, çəkən adamları, əsasən, üç qrupa bölmək olar:

    Birinci qrupa aid adamlar birmənalı olaraq Stalini tiran, qaniçən, cəllad, xəstə təxəyyüllü bir adam kimi xarakterizə etməklə bərabər, Stalini həqiqi ziyalı təbəqəsini məhv etməkdə, məhv edilmiş həqiqi ziyalı təbəqəsinin əvəzinə surroqat ziyalı təbəqəsi yetişdirməkdə ittiham edirlər. Həmçinin, bu qrupa aid olan adamlar Sovet respublikalarında baş verən aclığın, dövlət səviyyəsində aparılan kütləvi terrorun, repressiyaların, İkinci Dünya müharibəsi zamanı verilən böyük itkilərin günahkarı kimi də Stalini görürlər…

    İkinci qrupa aid olan adamlar isə birmənalı olaraq Stalini böyük, dahi şəxsiyyət, uzaqgörən siyasətçi, qüdrətli hərbçi, xalqların xilaskarı kimi xarakterizə edirlər. İkinci Dünya müharibəsində Sovetlərin qalib gəlməsini bu qrupa aid olan adamlar birmənalı olaraq Stalinin dəmir iradəsinin, qətiyyətinin nəticəsi kimi qiymətləndirirlər və Stalin tərəfindən aparılan hər cür repressiyalara, güllələnmələrə “bütün bunlar zərurətdən yaranırdı” deməklə asanlıqla bəraət qazandırırlar…

    Üçüncü qrupa aid adamlar birinci və ikinci qrupa aid adamlardan daha maraqlıdırlar. Bu qrupa aid olan adamlar Stalini qaniçən, kütləvi terorun, repressiyaların, aclığın, baş verən digər bəlaların səbəbkarı kimi xarakterizə etməklə bərabər, həm də onu dahi şəxsiyyət, uzaqgörən siyasətçi, dəmir iradəli adam kimi də qiymətləndirirlər…

    Birinci və ikinci qrupa aid olan adamlarla məsələ aydındır. Birinci və ikinci qrupa aid adamların mövqeyi nisbətən daha konkretdir. Məntiqlə bizi daha çox üçüncü qrupa aid adamlar maraqlandırmalıdır. Niyə? Doğrudan da, bir insan, bir tarixçi, bir publisist, yaxud kino adamı Stalini bəlaların, kütləvi repressiyaların, terrorun, İkinci Dünya müharibəsində verilən böyük itkilərin səbəbkarı kimi gördüyü halda niyə həm də onu dahi bir şəxsiyyət, uzaqgörən siyasətçi, qüdrətli hərbçi kimi qiymətləndirməlidir?
    Yadıma Sovet vaxtı Neftçi komandasının oyunları düşür. Elə ki, Neftçi qalib gəlirdi, şərhçi canfəşanlıqla Neftçi komandasının oyununu tərifləyirdi. Elə ki, rəqib komanda Neftçinin qapısına bir-iki top vururdu, şərhçi başlayırdı rəqib komandanın oyunçularının ustalıq səviyyəsinin tərifini göyə qaldırmağa. Yəni məğlubbiyyətimiz təbiidir, görürsünüz də, belə güclü komandaya qarşı oynayırıq, nə edə bilərik, əlimizdən nə gəlir?

    Üçüncü qrupa aid adamlar Stalini baş verən bəlaların səbəbkarı kimi göstərib, həm də onu uzaqgörən siyasətçi, hərtərəfli məlumatlı adam kimi qiymətləndirməklərini, bu ziddiyəti belə formula edirlər; O, dahi idi, amma şərə xidmət edən dahi idi.

    Əvvala, bəri başdan deyək ki, dahi şərə xidmət etmir. Bilin və agah olun, dəfələrlə yazmışıq, bir daha yazaq, yalnız insana xidmət edən istedad, ağıl, bilik qiymətlidir. İnsanlara bəla gətirən hər hansı istedad, bilik, bacarıq lənətlənməlidir. Bu söhbət, yəni Stalini şərə xidmət edən dahi kimi xarakterizə etmək, bir az bizim adamların Sovetin hər cür mükafatını, orden-medalını almış, ömür boyu kurortlarda, sanatoriyalarda, yaradıcılıq evlərində istirahət etmiş şair-yazıçıların əsərlərində gizli dissidentlik axtarmasına oxşayır.

    Partiyaya, partiyanın rəhbərlərinin şəninə şeirlər, poemalar yazmış adamların guya hansısa cümləsində, hansısa sətrində gizli məna varmış. Səydəşlikdir. Gizli mənaya qalsa, bu günün ən yaltaq adamının müsahibəsindən, yazısından yüz dənə o cür gizli məna tapıb çıxartmaq olar. Sabah vəziyyət dəyişəndə soxar adamın gözünə, həyasız–həyasız deyər ki, mən vaxtında sözümü demişəm. Çox güman, elə belə də olacaq. Ta nələr, hansı sifətlər görmədik!

    Tolstoy deyirdi ki, oğurluğun miqyası artdıqca oğruya da heyranlıq artır. Məsələn, toyuq oğrusu ömür boyu toyuq oğrusu olaraq da qalır. Bank oğrusu haqqında isə filmlər çəkilir, romanlar yazılır. Əslində isə məntiqlə əksinə olmalıdır. Yalan da belədir. Miqyası böyük olduqda inananlar daha çox olur. Məsələn, elə kitablar var ki, başdan-ayağa miflərdən, nağıllardan ibarətdir. Amma nə qədər insan bu nağıllara inanır, həyatlarını bu nağılların əsasında yaşayır, prinsiplərini bu miflərin üzərində qurur.

    Sualımız isə hələ açıq olaraq qalır. Niyə ağlı başında olan, kifayət qədər savadlı, məlumatlı bir insan Stalinin törətdiyi cinayətləri sadalamaqla, ətraflı izah, şərh etməklə bərabər həm də onu dahi adlandırmalıdır. Burda daha çox iki mümkün variant ağla gəlir. Birincisi, yalanın böyük miqyası bu insanları çaşdırır.
    Elə Azərbaycanı, öz insanlarımızı götürək. Xeyli adam zövqsüzlükdən, yaradıcı təfəkkürün olmamasından əziyyət çəksə də, xeyli adam da tirajlı, mükafatlar almış, poemaları, romanları nəşr olunmuş şair-yazıçıların dayazlığına, bozluğuna, savadsızlığına, istedadsızlığına sadəcə inanmaqda çətinlik çəkirlər, buna inanmaq onların iqtidarı xaricindədir. Onlar inana bilmirlər ki, mükafatlar almış, əsərləri nəşr olunmuş Bəxtiyar Vahabzadə, Rəsul Rza, Anar Rzayev, Elçin Əfəndiyev kimi adamlar istedadsız, dayaz, mənasız ola bilərlər.

    Kiçik bir haşiyəyə çıxmaq məcburiyyətindəyik. Maşından əsla başım çıxmır. Mersedesin üstündəki nişanı “Zapı”nın üstünə bağlayıb mənə asanlıqla satmaq olar. Bir dostum təzə maşın almışdı. Maşını dəyişdiyini hiss etməmişdim. Yol gedəndə soruşdu necədir? Bilmədim nəyi nəzərdə tutur. Dedim nə? Hər iki əlini yana aşıb maşının salonunu göstərdi.
    Baxdım ki, doğrudan da, maşın dəyişib. İndi oturduğum təzə maşındır. Dostum başladı bu maşının yaxşı tərəflərini sadalamağa. Bir az da ona qəribə gəldi, deyəsən, azca da xətrinə dəydi ki, necə olub maşına oturanda maşının dəyişdiyini hiss etməmişəm. Belə, buna oxşar hallar çox olub. Bilmirəm, maşından başım çıxmır, məlumatlı deyiləm. Adam hər şeyi bilməli deyil.

    Əsas odur, adam bilmədiyi şeylər haqqında boş-boş danışmasın, mübahisə etməsin, bir sahənin bilicisi danışanda oturub mərifətlə qulaq assın, öyrənsin, bəhrələnsin… Davam edək. Üzü üzlər, dizi dizlər görmüş, min əməldən, min hoqqadan çıxmış bir zənən xeylağı özünü mənə məsum bir varlıq kimi tanıda bilər. Mümkündür. Amma ədəbiyyata dəxli olmayan bir mətni heç kim, heç bir mükafat, böyük tiraj mənə həqiqi ədəbiyyat kimi soxuşdura bilməz.

    Bütün varlığımla qətiyyətlə bəyan edirəm ki, Bəxtiyar Vahabzadənin, Rəsul Rzanın, Elçin Əfəndiyevin, Anar Rzayevin ədəbiyyata yaxından və uzaqdan aidiyyatı yoxdur. İndi görün, Bəxtiyar Vahabzadəni fəlsəfi, dahi şair kimi qiymətləndirənlərin bədii zövqü, yaradıcı təfəkkürü necə bərbad vəziyyətdədir və üstəlik nə qədər adamı da yalanın böyük miqyası çaşdırmaqdadır. Cəsarət çox mənalı sözdür. Cəsarət təkcə o demək deyil ki, əlində qumbara özünü tankın altına atırsan.
    Məşhur, mükafatlar almış, böyük tiraja malik hər hansı adamın dayazlığını, bozluğunu, mənasızlığını görəndə, hiss edəndə bunu açıq dilə gətirmək də cəsarət tələb edir.
    “Nə oldu, bu qədər millət filankəsin, filankəslərin istedadına inanır, elə bir sən ağıllı çıxdın” kimi sözlər eşitdikdə isə belə sözlərdən qorxmaq lazım deyil. Açıq demək lazımdır ki, bu qədər millətin zövqü, yaradıcı təfəkkürünün nə gündə olması göz qabağındadır, hə, mən ağıllı çıxmışam…

    Stalinin cinayətlərini sadalayıb, həm də onu dahi kimi qiymətləndirməyin, bu ziddiyyətin yaranmasının ağla gələn iki mümkün səbəbindən birini yazdıq. Deməli, adamlar Stalinin cinayətlərini sadalayıb, həm də onu dahi kimi ona görə qiymətləndirirlər ki, yalanın nəhəng miqyası onları çaşdırır.

    Onlar uzun illər böyük bir ərazini öz iradəsinə tabe edə bilmiş, böyük bir ərazidə yaşayan adamları ürəyi istəyən kimi idarə etmiş bir adamın dayaz ola biləcəyinə inana bilmirlər. Uydurulan miflər, nağıllar onlara da müəyyən mənada öz təsirini göstərib. Guya Çörçill deyib ki, Stalin ölkəni kotanla təhvil alıb atom silahıyla təhvil verdi. Yalandır. Çörçill belə söz deməyib. Guya Stalin deyib ki, mən əsgəri feldmarşala dəyişmirəm. Yalandır, belə söhbət olmayıb. Və bu cür yüzlərlə yalanlar, miflər quraşdırılıb. Hələ də quraşdırılmaqdadır.

    Ağla gələn ikinci mümkün variant daha ağırdır. Stalinin cinayətlərini sadalayıb, onu həm də dahi kimi qiymətləndirən adamlar, tarixçilər, publisistlər bir faktı həzm edə bilmirlər. Onlar həzm edə bilmirlər ki, nəhəng bir ərazi və bu ərazidə yaşayan adamlar bir yolkəsən quldurun əlində tamam aciz qalmışdı.
    Onlar həzm edə bilmirlər ki, rus generalları yolkəsən bir qafqazlının qarşısında qorxudan əsirdilər. Onlar həzm edə bilmirlər ki, rus ziyalılarının taleyi, kimin güllələnməsi, kimin sürgünə göndərilməsi, kimin mükafat alması bir qafqazlı quldurun ovqatından, şəxsi münasibətindən asılı idi.

    Onlar həzm edə bilmirlər ki, bütün Rusiya əhalisinin geyimdən tutmuş kinoya, ədəbiyyata qədər zövqünü bir qafqazlı yolkəsən müəyyən edirdi. Bax bu ağır faktları həzm edə bilmədiklərinə görə, onlar Stalinin cinayətlərini, törətdiyi bəlaları sadaladıqları, rəqəmlərlə, faktlarla danışdıqları halda həm də onu şişirtməyə, dahi adlandırmağa məcbur qalırlar.
    Bir növ öz məğlubiyyətlərinə haqq qazandırırlar. Ki, bu cinayətləri adi bir adam törətmirdi, bunu hərtərəfli məlumatlı,istedadlı, bacarıqlı bir adam törədirdi.

    “Babək” filmindən bir kadrı yadınıza salın. Xəlifə bütün dünyanın müsəlman hökmdarlarına ünvanladığı məktubun mətnini mirzəyə bu cür diqtə edir: “Eşidin və agah olun ki, bir olan Allahın köməkliyi ilə rum hökmdarının nəslindən olan, şimal hökmdarına qalib gəlmişik. Babək Xürrəmini əsir edib diz çökdürmüşük…”.
    Bu zaman mirzə üzünü xəlifəyə sarı çevirib sadəlövh bir sual verir: “Necə dedin, rum hökmdarının nəslindən olan?” Xəlifə isə mirzənin sualına əsəbləşir və deyir ki, düz eşitmisən, qoca, rum hökmdarının nəslindən olan… Daha biz bütün dünyaya car çəkib deyə bilmərik ki, iyirmi il müharibə edəndən sonra ayağı çarıqlı bir çobana, dünənki karvançıya, dinsizin birinə qalib gəlmişik.

    Rusiyada da bax elə vəziyyət xəlifənin bütün dünyanın müsəlman hökmdarlarına ünvanladığı məktubun mətnini diqtə etməsinə bənzəyir. Tarixçilər, publisistlər, ümumiyyətlə, otuzuncu-qırxıncı illərdə baş verən hadisələr haqqında danışan nə qədər adamlar tarixin bayağılaşmasından utanırlar. Utanmaqdan yaxa qurtarmaqdan ötrü Stalinin şəxsiyyətini şişirdirlər. Beləliklə, həqiqətdən daha çox uzaqlaşırlar, özləri özlərini dolaşdırırlar.

    Doğrudan da, bəzən tarix səhnəsinə bayağı bir insan çıxır. Sonradan insanlar bu bayağılıqdan utanırlar və tarixi bayağılıqdan xilas etmək, həm də öz qorxaqlıqlarına bəraət qazandırmaq üçün hər hansı hadisəyə, şəxsiyyətə ciddilik donu biçib, əhəmiyyət qazandırmağa girişirlər. “Bu yolda” bütün biliklərindən istifadə edərək, terminləri ard-arda düzürlər, beynəlxalq siyasətdən, sosiologiyadan-zaddan danışırlar.

    Halbuki, nə qədər çətin olsa da tarixi olduğu kimi qəbul etmək, olanları olduğu kimi demək, tarixin bayağılığından utanmamaq, qorxmamaq daha yaxşı, daha düzgün mövqedir.
    Sənətin vacib missiyalarından biri də vəziyyəti, dövrü, hər hansı hadisəni sadələşdirməkdir. Bu mənada Korney Çukovskinin “Tarakan” şeiri sadəcə və sadəcə şedevrdir.
    Zəhmət olmasa, aşağıdakı cizgi filminə diqqətlə baxın və Çukovskinin vəziyyəti nə qədər sadələşdirdiyinin şahidi olun.
    Çukovskinin çox qəribə, dərəli-təpəli bioqrafiyası var. Onun Kuprin, Çexov, Qorki, Blok və digər rus yazıçıları, şairləri haqqında yazdığı portret yazılar, xatirələr çox maraqlıdır.
    Əgər gələcəkdə vaxtım və həvəsim olsa, Korney Çukovskinin bioqrafiyası, yaradıcılığı haqqında ayrıca bir yazı yazacam. Hələlik onu deyə bilərəm ki, çox adam Çukovskini uşaq şeirlərinin müəllifi kimi tanısa da, Çukovskinin yaradıcılığı kifayət qədər geniş və maraqlıdır. Hələlik bu qədər.
     
    Seymur BAYCAN

    Oxunub: 424
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.