İraqda gürcülərdən səs-küylü oğurluq: Milyonlarla dollar, 4 kq qızıl...

Gürcüstan vətəndaşları İraqda işlədikləri evdən 2 milyon 600 min dollar və 4 kiloqram qızıl oğurlayıb.
Gürcüstan mediası xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata əsasən, soyğunçuluqda 4 nəfər iştirak edib, onlardan biri 5 ay müddətində həmin evdə təmizlikçi işləyib. Digər şübhəlilər isə Gürcüstandan İraqa 31 avqust tarixində gediblər.
Kütləvi informasiya vasitələri quldurların ölkədən qaçmağı bacardıqlarını, ancaq pulları və qızılları daşıya bilmədiklərini yazırlar. Hüquq -mühafizə orqanlarının əməkdaşları oğurlanan pulların və qızıl -zinət əşyalarının böyük hissəsini sahibinə qaytarıblar./modern.az

Oxunub: 334
Xəbəri paylaş
Paylaş: