Putin koronavirusa görə özünü təcrid etdi

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, Tacikistan lideri Emoməli Rəhmonla telefon danışığı zamanı bu barədə deyib.
Karantinin müddəti ilə bağlı heç bir məlumat verilmir.
Bir gün əvvəl Rusiya lideri paralimpiyaçılarla söhbət edərkən ətrafındakıların çoxunun koronavirusa yoluxduğunu demişdi. Putin vurğulayıb ki, özü karantində olacaq və nələrin baş verdiyini anlamağa çalışacaq.
Qeyd edək ki, Rusiya lideri yazda “Sputnik V” peyvəndi vurdurub./“RİA Novosti”
Oxunub: 303
Xəbəri paylaş
Paylaş: