Armen Abazyan Gorus-Qafan yolundakı vəziyyətə görə hesabat verəcək
Ermənistan Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Gorus-Qafan yolundakı vəziyyətə görə parlamentə gələcək.
Ermənistan KİV-i xəbər verir ki, o, deputatların görülən tədbirlərlə bağlı suallarını cavablandıracaq.
“Hakimiyyət “Ermənistan” blokunun təklifi ilə Gorus-Qafan yolunda yaranmış vəziyyətlə bağlı hesabat verəcək. Əsas tələb Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın iclasa qatılmasıdır”.
Abazyanın bu gün, yaxud sabah qapalı iclasa gəlməsi gözlənilir.
Oxunub: 318
Xəbəri paylaş
Paylaş: