“12-ci İmam”ın bacısının avtomobilinə niyə həbs qoyuldu?- DİN-dən CAVAB

Daxili İşlər Nazirliyi (DİN) “Şaurma N1”in şəriki, özünü “12-ci İmam” kimi təqdim edən Aqil Babayevin bacısı Mətanət Babayevanın iddialarına cavab verib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, Aqil Babayevə qarşı soyğunçuluq törədilməsi iddiası əsasında istintaq aparılmaması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil:

"Heç bir hüquqi addım atılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bütün xüsusatlar istintaqla araşdırılır".
DİN-dən o da qeyd olunub ki, “99-VD-699” dövlət nömrə nişanlı “Hyundai Santafe” markalı avtomobilə istintaqın təqdimatı əsasında məhdudiyyət qoyulub.
Qeyd edək ki, Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. DİN Aqil Babayevin özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanlara qarşı dələduzluq etdiyini açıqlayıb. Sahibkar Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Xatırladaq ki, “12-ci İmam”ın bacısı Mətanət Babayeva mətbuata açıqlamasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında şəxsi avtomobilinə həbs qoyulduğunu bildirmişdi. Onun sözlərinə görə üzərinə həbs qoyulan avtomobil şəxsi maşınıdır.
Qeyd edək ki, Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. DİN Aqil Babayevin özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanlara qarşı dələduzluq etdiyini açıqlayıb. Sahibkar Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Oxunub: 198
Xəbəri paylaş
Paylaş: