Ramiz Mehdiyevin gəlininin bankı MƏHKƏMƏYƏ VERİLDİ
Mustafayev Elnur Akif oğlu adlı şəxs Bakı Kommersiya Məhkəməsində sözügedən bank barəsində iddia qaldırıb.
İddia hakim Fərrux Qasımovun icraatındadır.
"Bank BTB" ASC-nin üç səhmdarından biri olan Nigar Mehdiyevanın Ramiz Mehdiyevin gəlini olduğu bildirilir.
Nigar Mehdiyeva həm də "Bank BTB”nin digər səhmdarı Rza Sadiqin bacısıdır.
Məlumatlara görə, Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin keçmiş müdiri İsmayıl Sadıqovun (2018-ci ildə vəzifədən azad edilib) övladlarıdır.
Nigar Mehdiyeva həm də 20 avqust 2008-ci il tarixində dövlət qeydiyyatına alınan "Digital Media” MMC-nin təsisçilərindən biridir./qaynarinfo