Paşinyan iranlı sürücülərin yoxlanmasının qanuni olduğunu etiraf edib:
"Yol iki yerdə Ermənistan ərazisindən çıxır..."
“Sputnik Armeniya” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı sualı cavablandırarkən deyib.