TAP ilə Avropaya ilk 5 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib
Bu barədə “Report” konsorsiumun rəsmi saytına istinadən xəbər verir.
Bununla bağlı TAP-ın İcraçı direktoru Luka Şkieppati (Luca Schieppati) bildirib ki, konsorsium bu mühüm mərhələyə çatmaqdan və TAP-ın Avropa enerji mənzərəsində etibarlı ötürücü sistem operatoru rolunu möhkəmləndirməkdən çox məmnundur.