A seriyası rəsmən açıqladı –
Çempionat dayandırıldı
İtaliya A seriyası oyunların rəsmən dayandırıldığını elan edib.
Bu barədə yarışın rəsmi Tvitter səhifəsi məlumat yayıb.
“A seriyası rəsmən dayandırılır. Biz pauza götürürük. Amma qayıdacağıq. Hər şey yaxşı olacaq” – deyə açıqlamada bildiririlib.
Qeyd edək ki, ölkədə geniş yayılmış koronavirus səbəbindən daha öncə çempionatın bəzi oyunları azarkeşlərsiz keçirilmişdi. Bazar ertəsi isə baş nazir Cüzeppe Konte bəyan edib ki, İtaliyada bütün idman yarışları dayandırılacaq.
Başqa bir məlumata görə, İtaliyada futbol mövsümünün indidən başa vurulmasının mümkünlüyü də nəzərdən keçirilir.
Oxunub: 487
Xəbəri paylaş
Paylaş: