BMT “taliblər”in son hərəkətlərindən narahatdır:
"Dialoqu davam etdiririk"
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının son hərəkətləri narahatlığa səbəb olur.
TASS xəbər verir ki, bunu Əfqanıstanda yaranmış vəziyyətlə bağlı xəbərləri şərh edən BMT baş katibinin nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.
"Taliban"la əlaqələri davam etdiririk, amma bu yaxınlarda baş verən bəzi hadisələr bizi narahat olmağa məcbur edir. Lakin qadın hüquqlarının müdafiəsi üzrə dialoqu davam etdiririk", - o deyib.
Dujarrik qeyd edib ki, bu nazirliyin həqiqətən qadınların işləri üzrə nazirliyin əvəzedicisi kimi yaradıldığını hələ təsdiq edə bilmir, amma informasiyanı Əfqanıstanın daxilindəki həmkarları ilə dəqiqləşdirməyə söz verib.
Oxunub: 345
Xəbəri paylaş
Paylaş: