“Taliban” Qadınların İşləri üzrə Nazirliyi “əxlaq polisi”nə çevirdi

Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə “Xeyirli olanın əmri və zərərli olanın qadağası” adlı yeni idarə yaradılıb.
Faktiki olaraq “əxlaq polisi” kimi fəaliyyət göstərən bu orqan “Taliban”ın 1996-2001-ci illər hakimiyyəti zamanı da mövcud olub və əhaliyə qarşı zorakılığı ilə yadda qalıb./“Afghanistan International”
Oxunub: 295
Xəbəri paylaş
Paylaş: