Deputatdan İranda təhsil alan tələbələrimizlə bağlı ÇAĞIRIŞ - “Çevriliş hazırlayırlar...”

Mövzu ilə bağlı danışan millət vəkili Fazil Mustafa İranda olan əxlaqsızlığın səviyyəsinin dünyanın heç yerində olmadığını bidirib:
“Deyilənlər həqiqətdir. Bu məsələdə kifayət qədər laqeydliyimiz də xeyli sayda vətəndaşımızın aldanaraq İrana aparılmasına səbəb olub. Axı siz təhsil almağa niyə İrana gedirsiz? Təhsil üçün Türkiyə və Avropa var. Bilirsiz ki, İranda məhz Azərbaycanın əleyhinə bir çox qüvvələrin hazırlanması prosesi baş verir. Orada çoxsaylı azərbaycanlılar var ki, öz dövlətinin əleyhinə delitant kimi yetişdirilir. Onlar sosial şəbəkələrdə ən çox mənim şəxsiyyətimə hücum etməklə, xüsusi tapşırıqları icra edirlər. İnanın ki, hər gün əleyhimə 10-15 təhqiredici materialları ayrı-ayrı səhifələrdə yayınlayırlar. Çünki bu məsələdə bizim prinsipial mövqeyimizi bilirlər. Təssüf ki, bununla da heç bir qurum məşğul olmur və heç kimin vecinə də deyil ki, bu, informasiya məkanımız üçün ciddi təhlükədir”.
Deputatın fikrincə, xüsusi xidmət və hüquq mühafizə orqanları birgə səy göstərək azərbaycanlıları bu tələyə düşməkdən qorumalıdırlar:
Fazil Mustafa Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də bu məsələdə hərəkətə keçmələrinin vacibliyini vurğulayıb:
Deputatın fikrincə, xüsusi xidmət və hüquq mühafizə orqanları birgə səy göstərək azərbaycanlıları bu tələyə düşməkdən qorumalıdırlar:
“İrana gedənləri kiçik ödəniş məbləği qarşılığında öz dövlətlərinə qarşı düşmənə çevirirlər. Onlar bu cür bədbəxt olurlar və beyinləri yuyulur.Orada çoxsaylı azərbaycanlı var ki, ölkəsinə qayıda bilmir. Çünki xeyli cinayət əməlləri var. Anlamırlar ki, Azərbaycanda istənilən məzhəbə sahib olan insan öz ölkəsinə bağlıdırsa, heç bir problem yaşamır. Hesab edirəm ki, bu məsələ xüsusi xidmət orqanlarımızı ciddi düşündürməli və çox sərt addımlar atmalıdırlar. Addımlar atılmasa, Azərbaycanın gələcəyi ciddi şəkildə təhlükədədir. Çünki bu qüvvələr Azərbaycanda müəyyən çevriliş hazırlamaq, dini ideologiyanı və radikal düşüncəni yaymaq məqsədilə formalaşdırılırlar. Kifayət qədər də dəstəklənirlər”.
Fazil Mustafa Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də bu məsələdə hərəkətə keçmələrinin vacibliyini vurğulayıb:
“Burada daha çox kriminal fəaliyyətdən söhbət getdiyi üçün prosesi xüsusi xidmət orqanları hüquq mühafizə orqanları ilə birgə çözməlidir.Təsadüfi deyil ki, “İmam Mehdi” adı ilə Azərbaycandan 10 milyon manat pul xaricə göndərilmək məqsədilə yığılıb. Bu o deməkdir ki, başı boş o qədər azərbaycanlı var ki, nə dindən, nə də ölkənin dəyərindən qanırlar. Bu qədər vəsaiti göndərir ki, Azərbaycana düşmən olan erməni və ya molla yağ-bal içində yaşasın. Bu, acı reallığımızdır”./bizim media
Oxunub: 391
Xəbəri paylaş
Paylaş: