Səud ailəsinin sərvəti -
Dünyanın ən zəngin beşliyi
Səudiyyə Ərəbistanının kral ailəsi dünyanın ən varlı ailəsi siyahısındadır.
Globall.az “Bloomberg”ə istinadla xəbər verir ki, Əl-Səub xanədanı öz sərvəti ilə ən varlı ailələrin siyahısında beşinci sırada qərarlaşıb.
Xanədan 100 milyard dollarlıq sərvətə sahibdir.
Amerikalı Uolton ailəsi ən zənginlər siyahıyasına başçılıq edir və ailə 238,2 milyard sərvəti ilə dünyanın ən zəngin xanədanıdır.
O, ABŞ-da “Walmart” mağazalar şəbəkəsinə malikdir.
Mars ailəsi ikinci sırada qərarlaşıb və “Mars” şirniyyat markasının sahibidir. O, 141,4 milyard dollarlıq xəzinə üstündə oturub.
Kox ailəsi 124,4 milyardlıq sərvətlə və sənaye fəaliyyəti ilə üçüncüdür.
Hermes ailəsi 111,6 milyard dollarlıq lüks mallarla dördüncü olub.
Səudiyyə Ərəbistanının yeraltı mineral ehtiyatları 1,3 trilyon dollar dəyərindədir.
Səudiyyə kral ailəsinin 334 illik tarixi var.
Ailənin sərvətindən təxminən 15 min şahzadə pay alır.
Bu şahzadələrdən yalnız 2 min nəfəri müxtəlif qurumlarda vəzifə tutur.
Səudiyyə hökuməti dünyanın ən böyük neft şirkəti olan “Aramco”nun 98,2 faizinə sahibdir.
O, xənədanın əsas gəlir mənbəyidir. Şirkətin sərvəti 2 trilyon dollara çatır.