Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Zelenski hərbi xidmət haqqında yeni qanun imzaladı: Ehtiyatda olanlar müharibəyə çağırılır
  • İrəvan növbəti hərbi toplanış elan etdi - Sentyabrın 15-dən dekabrın 15-nə kimi...
  • Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb
  • Rusiya Qara dənizdə genişmiqyaslı təlimlərə başladı
  • Azərbaycan Ordusu təlimlərə başlayır: 15000 nəfərədək şəxsi heyət, 300-dək tank...
  • RUSİYADA MÜƏMMALI HƏRBİ SƏFƏRBƏRLİK - Ehtiyat qüvvə niyə yığılır, BARS-2021 layihəsini kim yaradıb?

    • Tarix: 19-09-2021, 14:30


    Bu günlərdə Rusiyanın Müdafiə Nazirliyi orduda canlı qüvvə rezervinin artırılacağını açıqlayıb. Amma maraqlıdır ki, bunun təbliğatıyla məşğul olan, ölkə vətəndaşlarını sözügedən prosesə qoşulmağa səsləyən sayt nazirliyin öz serverində yerləşmir. Bu haqda BBC rus xidmətinin məqaləsində deyilir.

    Ehtiyatda olanlar nazirliklə müqavilə bağlayacaq, buna görə müəyyən məbləğdə pul alacaq və vaxtaşırı hərbi təlimlərdə iştirak edəcəklər. Bu praktika eksperiment olaraq 2016-cı ildən etibarən tətbiq edilməyə başlanıb. 

    Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, sentyabrın əvvəllərində Kalininqrad vilayətindəki təlimlərə ehtiyatda olanların da cəlb edilib. Nazirlik orduya cəmi neçə rezervistin lazım olduğunu açıqlamayıb. 
    Müdafiə Nazirliyində yeni strukturu kimin və hansı qərara əsasən yaratdığı məlum deyil.

    BARS-2021 (Boyevoy Armeyskiy Rezerv Stranı - ölkənin döyüş ordusu rezervi) layihəsi çərçivəsində rezervistlərin təlimlərə çağırılması xəbəri yerli icra orqanlarının saytlarında son həftələrdə peyda olub. Amma həm üslub, həm də məzmun baxımından xəbərlər bir-birindən çox fərqlənir.

    Məsələn, Moskvanın Şimal Dairəsi prefekturası öz saytında "mobil hazırlığı daha yüksək səviyyədə olan" (rezervistlər nəzərdə tutulur) şəxslərlə bağlı geniş material yayımlayıb, Velikiy Novqorodda isə rezervist olmaq üçün hərbi komissarlığa gələn gənclər haqqında kiçik videoçarx hazırlanıb.

    Bəziləri "Müdafiə Nazirliyinin yeni BARS-2021 layihəsinə həsr olunmuş" sayta istinad edirlər, ancaq bu, nazirliyin rəsmi saytı deyil; pulsuz bir domen zonasında yerləşir; "Tilda" saytlarının hazırlanmasında istifadə edilən, hər kəsə açıq olan alətin köməyilə hazırlanıb.



    Saytın hüquqi informasiya bölümündə əsasən 2015-ci ilə və daha əvvələ aid sənədlər barədə, məsələn, Vladimir Putinin 2015-ci ildə imzaladığı "Rusiya Federasiyası Hərbi Qüvvələrinin mobil insan rezervinin artırılması haqqında" 370 saylı fərmanı haqqında məlumat var. Hərbi ekspertlər bu fərmanın faydalılığını ölkə miqyasında qiymətləndirmək mümkün olmayacaq qədər kiçikmiqyaslı eksperiment adlandırırlar.

    Mətbuatda BARS-ın - mobil insan rezervini əvəz edəcək və ya ona əlavə olunacaq qurumun yaradılmasıyla bağlı hər hansı başqa sənəd dərc olunmayıb. 
    Müdafiə Nazirliyinin saytında yeni layihə barədə heç bir məlumat yoxdur. Amma "bars2021.tilda.ws" saytında qeyd olunur ki, mobil rezervə səfərbərliyi hansısa "nəzakətli insanlar komandası" və nazirlik həyata keçirir.



    Sayt bütövlükdə yeni ordu rezervinin yaradılmasına həsr olunub. Orda müqavilə şərtləri, pul ödənişləri və rezervistlərdən tələb olunanlar barədə ətraflı məlumat verilir.
    "Əlaqə" bölümündə Rusiya hərbi komissarlıqlarının nömrələri qeyd olunub. Saytda ölkənin rəsmi orqanlarıyla əlaqəsi olmayan strukturlarla bağlı hər hansı informasiya aşkar edilməyib.

    BBC Rusiya xidməti bu layihəylə kimin məşğul olması, onun Müdafiə Nazirliyi ilə əlaqəsi barədə nazirliyə sorğu göndərib və cavab gözləyir.
    "bars2021.tilda.ws" saytında qeyd olunur ki, "mobil insan rezervi - ehtiyatda olan, mobil hazırlığı yüksək səviyyədə saxlanan vətəndaşlardır".

    Başqa sözlə, mobil rezervə daxil edilmiş şəxslər mülki həyatlarına davam edəcək və müntəzəm şəkildə səfərbərliklərə cəlb olunacaqlar.



    Yeni qayda hərbi xidmətdə olmuş, ali məktəblərin hərbi kafedralarında təhsil almış və ya zabit kimi xidmət etdikdən sonra ehtiyata buraxılmış hər kəsin rezervist hesab edildiyi sovet sistemindən fərqlənir. Bu sistemdə hərbi qeydiyyatdan çıxarılma çağırışçının rütbəsindən və kateqoriyasından asılı olaraq 35-70 yaş aralığında baş verir.

    Müharibə başlayacağı təqdirdə rezervistləri sülh dövrünün şərtlərinə uyğun formalaşdırılmış bölmələrə - əsasən zabitlərdən ibarət minimum personallı birləşmələrə daxil edirlər.

    O vaxt SSRİ-də və Rusiyada orduda xidmət etmiş və müharibədə iştiraka hazır olan rezervistlərin sayının kifayət qədər çox olması nisbətən tez bir zamanda çoxsaylı ordu toplamağa imkan verirdi və sistemin üstünlüyü məhz bundaydı.



    Hərbi ixtisaslaşmanın aşağı səviyyədə olması isə sovet sisteminin çatışmazlığıdır. Hərbi xidməti və ya ali təhsil illərindən sonrakı çağırışı başa vuranlar bir neçə il sonra orduda öyrəndiklərini unudur və heç xidmət etməyənlərdən fərqlənmirlər.

    Mobil insan rezervinin yaradılması ideyası əvvəlki biliklərin unudulmamasına və müntəzəm şəkildə təlimlərdə iştirak edərək yeni biliklərə yiyələnməyə xidmət edir. 
    Buna görə rezervistlər üçün müxtəlif güzəştlər və maliyyə dəstəyi nəzərdə tutulub. Müqavilə imzalanan kimi onlara birdəfəlik ödəniş ediləcək, rezervdə olduqları 20 il ərzində maaşları 10%-dən 50%-ə kimi artacaq.

    Sayt xidmət yerindən asılı olaraq zabitlərə 4-9 min, sıravilərə və çavuşlara isə 2-6 min rubl aralığında maaş artımı vəd edir.
    Bəs bu qədər rezervist Rusiyanın nəyinə lazımdır?


    Müdafiə Nazirliyinin toplam neçə rezervist cəlb etməyi planlaşdırdığı məlum deyil. Avqustun əvvəlində Cənub Hərbi Dairəsinin (CHB) Təşkilat və səfərbərlik şöbəsinin rəisi Konstantin Zapatotski demişdi ki, sentyabr ayına qədər hərbi dairənin ərazisində 38 min nəfərlik döyüş ordusu rezervi yaratmaq planlaşdırılır.
    Daha əvvəlsə orda canlı qüvvə rezervi 400 nəfərə yaxın olub. Bu, Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi tərəfindən səsləndirilən yeganə rəqəmdir. Halbuki "bars2021.tilda.ws" saytı Rusiya Federasiyasının 30 subyektində müqaviləli rezervistlərin orduya cəlb olunduğunu yazır.

    Rusiyalı hərbi ekspert Aleksandr Qolts "Republic" saytındakı məqaləsində yazır ki, rezervist sayındakı kəskin artımın iki səbəbi ola bilər - böyük müharibəyə hazırlıq və ya müqaviləli orduya keçid: "Ən pis variant o ola bilər ki, ruslar üçün sonrakı bütün nəticələriylə birlikdə mobil rezervi il yarım-iki il sonra genişmiqyaslı hərbi əməliyyatlara başlamaq üçün yaradırlar".



    "Əlbəttə, ən optimist ehtimal budur ki, Rusiya hakimiyyəti 2-3 il sonra (tam da prezident seçkiləri ərəfəsində) xalqa hədiyyə etməyə - orduya məcburi çağırışın ləğvinə hazırlaşır. Belədirsə, ən azı bəzi vətəndaşlarımız üçün ordu yükünün xeyli azaldılacağını vəd edən daha bir təşəbbüsün yaranacağını gözləmək olar " - Qolts belə yazır.

    Digər rusiyalı hərbi ekspert Viktor Muraxovski isə hesab edir ki, rezervistlərin sayını artırmaq planı nazirliyin bu layihəni maliyyələşdirmək üçün vəsait tapmasından xəbər verir. Onun sözlərinə görə, 2015-ci ildən başlamış canlı qüvvə ehtiyatı yaratmaq eksperimenti artıq müəyyən təcrübə qazandırıb.



    Muraxovski deyir ki, Rusiya hərbçiləri müqaviləli rezerv qüvvələrin yaradılmasında Amerika sistemindəki prinsipdən istifadə ediblər: "ABŞ-da da ordu rezervi müqavilə əsasında formalaşdırılır və ənənəvi orduyla birlikdə irimiqyaslı münaqişələrdə iştirak edərək yeni yaradılan birləşmələrin nüvəsini təşkil edir".

    Ekspertin sözlərinə görə, müqaviləli rezerv planı Rusiya üzrə ümumi səfərbərliyin ləğv ediləcəyi demək deyil, ehtiyatda olanlar hərbi qüvvələrin əsas tərkib hissəsini, yeni hərbi birləşmələrin nüvəsini təşkil edəcəklər.
    Muraxovski hesab edir ki, Rusiyanın müqaviləli ordu sisteminə keçməsi hərbi münaqişələr zamanı qüvvələrin yerləşdirilməsində problemlər yarada bilər. O, rezervistlərin Rusiya üçün optimal sayının 150 min olduğunu düşünür.


    Qeyd edək ki, Rusiya nizami ordu birləşmələrinə paralel olaraq artıq bir neçə ildir ki, "Vagner" kimi tanınan özəl muzdlu ordudan da müxtəlif münaqişə zonalarında istifadə edir, geosiyasi baxımdan mövqelərini möhkəmləndirmək istədiyi regionlara bu özəl hərbi şirkətin muzdlularını göndərir.
    Rəsmi olaraq Rusiyada belə muzdlular ordusu mövcud deyil, çünki qanunla bu cür özəl hərbi şirkətlərin fəaliyyəti qadağandır. Lakin "Kremlin aşbazı" kimi tanınan oliqarx Priqojinin maliyyələşdirdiyi, xüsusi təlim düşərgələrində hazırlıq keçən muzdluların sayının minlərlə, hətta on minlərlə olduğu məlumdur. Onlar Suriyadan tutmuş Liviyaya, Afrikadan tutmuş Asiyaya qədər hər yerdə peyda olurlar./virtualaz.org

    Oxunub: 321
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.