“Avropa İttifaqı Türkiyəyə verdiyi vədlərə əməl etmədi”-
Mustafa Şəntop
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop İspaniyaya rəsmi səfər edib. Spiker səfər çərçivəsində yerli və beynəlxalq mətbuat nümayəndələrinə açıqlamalar verib.
Report-un məlumatına görə, Türkiyə parlamentinin sədri çıxışı zamanı Avropa İttifaqını (Aİ) miqrasiya siyasətində məsuliyyətsiz və qeyri-hüquqi davranmaqda ittiham edib. "Avropa İttifaqı miqrasiya proqramı ilə yetərli sayda miqrant qəbul etməlidir", - Türkiyə hökumətinin rəsmisi deyib.
Mustafa Şəntop Avropa İttifaqının Türkiyəyə verdiyi vədlərə əməl etmədiyini, qanunsuz miqrasiya problemini yalnız maliyyə yardımı ilə həll edə bilməyəcəklərini vurğulayıb.
Oxunub: 201
Xəbəri paylaş
Paylaş: