Zabit Səmədovun Çeçenistanda döyüşü olacaq -
fransalı Nayf Didye ilə
Azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü keçirəcək.
Oxu.az-ın xəbərinə görə, 37 yaşlı idmançımız Çeçenistanın paytaxtı Qroznıda döyüşəcək.
Onun rəqibi Fransanı təmsil edən Nayf Didye olacaq. Bu görüş oktyabrın 4-də keçiriləcək.
Qeyd edək ki, Zabit Səmədov indiyədək kikboksinqdə 112 döyüş keçirib. O bunlardan 37-si nokaut olmaqla 102 döyüşdə qalib gəlib. 9 dəfə məğlub olan idmançımızın bir döyüşündə qalib müəyyənləşməyib.
Xatırladaq ki, Zabit Səmədov sonuncu döyüşünü iyunun 14-də yaşadığı Belarusda keçirib. O, ikinci raundda Almaniyanı təmsil edən rəqibi Deci Kalecaiyeni nokauta salıb. Ümumiyyətlə, idmançımız 19 döyüşdür ki, məğlub olmur. O sonuncu dəfə 8 il əvvəl – 2013-cü ilin martın 15-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən döyüşdə məşhur Mərakeş idmançısı Badr Hariyə uduzub.