Zabit Səmədov “Kuruluş Osman” serialında rol aldı
Dəfələrlə dünya və Avropa çempionu olmuş, peşəkar kikboksinq üzrə müxtəlif Qran-prilərin qalibi, dünyaca məşhur azərbaycanlı idmançı Zabit Səmədov “Kuruluş Osman” serialında rol alacaq.
Bu barədə serialın prodüseri Mehmet Bozdağ məlumat verib:
“Bütün dünyada uğurları ilə bizi fərəhləndirən kikboks ustası Zabit Səmədov “Kuruluş Osman” serialına qatıldı. Can Azərbaycana salam olsun. Ordularımız müzəffər olsun!”.
Qeyd edək ki, serialda baş rolları Burak Özçivit, Nurettin Sönmez, Ayşegül Günay oynayır.
Oxunub: 468
Xəbəri paylaş
Paylaş: