Türkiyə ordusu Suriyada daha 11 terrorçunu zərərsizləşdirib
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalına, “Barış pınarı” bölgəsinə keçmək istəyən PKK/YPG-PYD qruplaşmasının 11 terrorçusunu zərərsizləşdirib.
Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi tiviter səhifəsində yayıb.
“Terrorçulara keçid verməyəcəyik”,- nazirliyin açıqlamasında bildirilib.
Qeyd edək ki, Suriya-Türkiyə sərhədi, Hələb, Haseke və Rakkanın şimal bölgələri “Barış pınarı” (“Sülh bulağı ”) zonasına daxildir. Türkiyə ordusu 2019-cu ilin oktyrabında bölgədə əməliyyata başlayıb.
Oxunub: 228
Xəbəri paylaş
Paylaş: