Azərbaycanda son sutkada koronavirusa 1 128 nəfər yoluxub - 21 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 478 715 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 446 643 nəfər müalicə olunaraq sağalıb, 6 415 nəfər vəfat edib, aktiv xəstə sayı 25 657 nəfərdir.
Ölkədə son sutka ərzində 11 505, hazırkı dövrədək isə 4 802 229 test aparılıb.

Oxunub: 199
Xəbəri paylaş
Paylaş:





















