“Bəlkə də Azərbaycanda virusdan ölənlərin sayı rəsmi statistikadan çoxdur”- İnfeksionist

Yoluxma sayında kəskin azalma müşahidə olunur, sağalanlar yoluxanları üstələyib. Rəqəmlərdəki enişini ölkədə vaksinasiyanın sürətlənməsi ilə izah edənlər var.
Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib ki, yoluxmanın artıb-azalması bioloji amillərlə bağlıdır:
“Bu günə kimi ölkəmizdə koronavirus infeksiyasında 3-4 dəfə artma müşahidə edilib, sonra yenidən azalmalar olub. İndiki vəziyyət də bioloji amillərdən irəli gəlir. Digər tərəfdən, vaksinasiyanın da həqiqətən bu prosesdə rolu var. Peyvənd olunmaqla insan xəstəliyə yoluxması, yaxud başqalarını yoluxdurmanın qarşısı alır. Nəhayət, insanlar kifayət qədər maarifləniblər. Qapalı məkanlarda maska taxaraq gigyenik qaydalara əməl edirlər. Bu amillərin hamısı yoluxmanın azalaraq ikirəqəmli statistikaya çevrilməsinə gətirib çıxarır”.
Həkimin sözlərinə görə, havalar soyuduqca yoluxanların sayında artım müşahidə oluna bilər:
“Həftənin birinci günü statistika 3 rəqəmli oldu. Yenə dördrəqəmli civarındadır. Arxayınlıq üçün əsas yoxdur. İkirəqəmli səviyyəsinə düşənə qədər tədbirlər olduğu kimi davam etdirilməlidir.
Deməzdim ki, proses koronavirusun kökünün kəsilməsinə doğru gedir. Bəli, azalma var, lakin dünyada hələ “pandemiya” sözü ləğv olunmayıb. Havalar getdikcə soyuyur, payız, qış gəlir. Qarşıdakı mövsümlərdə artım müşahidə edilə bilər”.
Vüqar Cavadzadə qeyd edib ki, ilk gündən virusa inanmayanlar çoxluqda idi:
“Bəzi insanlar koronavirusa inanmadılar. Hər bir insanı inandırmağa çalışmaq da mümükün deyil. Dünyagörüşü geniş olan insanlar bu infeksiyaya inanır və özünü qoruyurlar. Elələri var ki, nə qədər maarifləndirici işlər aparılır-aparılsın, yenə də fərq etmir, deyir, inanmıram. İnanmır öz işidir, amma fakt budur ki, ölkəmizdə COVİD-19-dan ölənlərin sayı 5 mini keçib. Qeyri-rəsmi bəlkə də 2 dəfə çoxdur".
Oxunub: 164
Xəbəri paylaş
Paylaş:




















