Xankəndidən video yayan ermənini HƏBS ETDİLƏR
Qarabağın Rusiya sülhməramlılarının nəzarətindəki ərazisində yerləşən separatçı-terrorçu dəstə sosial şəbəkələrdə Xankəndidən video yayan bir ermənini həbs edib.
Ermənistan mətbuatının məlumatına görə, Əsgəran sakini olan 2000-ci il təvəllüdlü M.A. sentyabrın 25 -də sosial şəbəkələrdə və teleqram kanallarında Xankəndinin müxtəlif yerlərini göstərən videomateriallar yayıb.
Müəllifin rus dilində yaydığı videomaterialda şəhəri "Stepanakert" deyil, "Xankəndi" adlandırması erməni separatçı-terrorçu dəstəsini hiddətləndirib.
Onu casusluqda suçlayaraq, həbs ediblər.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: