Ərdoğandan ABŞ-a ciddi İRADLAR:
“Vaşinqton PKK terrorçularına pul və silahla kömək edir”
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın CBS telekanalının "Millətlə üz-üzə" verilişinin aparıcısı Margaret Brennanın suallarını cavablandırarkən deyib."Türkiyəyə hücum edən terror qrupları təəssüf ki, ABŞ-dan çox ciddi maddi -texniki dəstək aldı. Bu, ABŞ-ın əvvəlki idarəçiliyi dövründə baş vermişdi və indiki administrasiyada da belədir. PKK / YPG / PYD terror təşkilatlarına silah verilməməlidir”. Ərdoğan belə deyib.
"NATO daxilində həmrəy olmalıyıq, terror təşkilatları bu cür dəstək almamalıdır".
Əfqanıstanda baş verənləri şərh edən Türkiyə lideri ABŞ-ın uzun müddətli hərbi qüvvələrinin bu ölkədə və bütövlükdə bölgədə təhlükəsizliyin təmin edilməsinə heç bir töhfə vermədiyini söyləyib.
"Amerikanın varlığının iyirmi il davam etdiyini nəzərə alsaq, bu bölgə heç də təhlükəsiz deyil. Əksinə, bölgə hər keçən gün daha çox itirir”, deyə Türkiyə lideri vurğulayıb.
Onun sözlərinə görə, ABŞ “Əfqanıstanda iyirmi il ərzində olub və niyə ordan gedib?” sualına cavab verməlidir.
Ərdoğan "Türkiyə, ehtimal ki, Kabil hava limanının təhlükəsizliyini təmin etmək vəzifəsini öz üzərinə götürə bilər, ancaq ABŞ bu məqsədlə maddi yardım göstərməlidir” deyib."Ancaq orada elə hadisələr baş verdi ki, əksinə, Həmid Kərzai hava limanında bütün silahlar, döyüş sursatı və avadanlıqlar Taliban qrupuna verildi. Hazırda Taliban orada Amerika silahları ilə fəaliyyət göstərir ”, - deyə o, əlavə edib.
"Hazırda Əfqanıstanda deyilik".
Dövlət başçısı Türkiyənin hələ də Talibanla heç bir müqavilə bağlamadığını vurğulayıb. Onun sözlərinə görə, hazırda Taliban "əsasən Qətərlə qarşılıqlı əlaqə qurur".