Gürcüstanda daha 2 185 nəfər COVID-19-a yoluxub - 40 nəfər ölüb
Gürcüstanda ötən sutkada koronavirusa 2 185 yeni yoluxma təsdiqlənib, 2 010 nəfər müalicə olunaraq sağalıb, 40 pasiyent vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 609 340 nəfərdə aşkarlanıb. Onların 580 891-i sağalıb, 8 884-ü dünyasını dəyişib.
Bu günə olan aktiv xəstə sayı 19 539 nəfər təşkil edir.
Oxunub: 151
Xəbəri paylaş
Paylaş:





















