Zakir Həsənov sülhməramlılarının yeni komandanı ilə görüşüb - Görüşdə Rüstəm Muradov da iştirak edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.
Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.
Oxunub: 512
Xəbəri paylaş
Paylaş: