Ekvadorda həbsxanada liderlik uğrunda toqquşma - 24 nəfər öldü, 48 nəfər yaralandı
Xarici KİV xəbər verir ki, insident qruplar arasındakı liderlik mübarizəsi səbəbindən baş verib. Baş vermiş toqquşmalarda 5 məhbusun başının kəsildiyi, digərlərinin isə iti əşyalarla öldürüldüyü bildirilib. Hadisə səbəbindən həbsxanaya xeyli sayda hərbçi və hüquq-mühafizə orqanları əməkdaşları yerləşdirilib.
Sakinlərin sosial şəbəkədə paylaşdıqları videolarda bir çox məhbusun damlara çıxdığı, həbsxanadan atəş səsləri və partlayış səsi eşidildiyi görülüb.
Yerli mətbuatın məlumatına görə, qarşıdurma Los Lobos və Tiquerones dəstələrinin üzvlərinin yerləşdiyi 8 və 9-cu palatalarda başlayıb.
Oxunub: 313
Xəbəri paylaş
Paylaş: