Türkiyəli ekspert:
“ABŞ-ın məqsədi Rusiya ilə Türkiyəni diz çökdürməkdir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatını (BMT) səfərindən qayıdarkən jurnalistlərə əhəmiyyətli açıqlama ilə yadda qaldı:
"Türkiyə-Amerika münasibətlərində sağlam bir proses olduğunu səmimi olaraq söyləyə bilmərəm. Bizə qarşı hər dəfə S-400-lə bağlı xəbərdarlıq edirlər. Bizim üçün S-400 işi bitib, geri addım ata bilmərik. İki NATO ölkəsi olaraq indiki gedişat heç də yaxşı nəticə vermir. Təəssüf ki, Amerika ilə əlaqələrimdə Baş nazir və Prezident kimi 19 illik idarəçilik həyatımda əldə etdiyimiz məqam yaxşı deyil. Buş, Obama, Trump ilə yaxşı işləmişəm, amma cənab Baydenlə yaxşı başladığımızı deyə bilmərəm".
Türkiyəli hərbi ekspert Abdullah Ağar bildirib ki, Bayden hakimiyyətə gələn kimi "Amerika geri dönür" deməsi əslində Türkiyə və Rusiyanın hədəf alınacağı demək idi:
“ABŞ -ın öz strateji məqsədlərinə çatmaq üçün əsas məqsədi Türkiyə və Rusiya kimi ölkələri diz çökdürməkdir. Bu, təbii ki, Ankara ilə Moskvanın bir araya gəlməsini özündə birləşdirir. Bayden bu siyasətin nümayəndəsi olaraq hakimiyyətə gəldi. Ancaq vurğulanmalıdır ki, ABŞ Əfqanıstandan evinə döndü.