Şotlandiya şirkəti Azərbaycanda plastik yol çəkəcək - FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter”də bu barədə paylaşım edib.
Səfir Şotlandiyanın “MacRebur” şirkətinin yolun inşasında plastik tullantılardan istifadə edəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, şirkətlə Azərbaycan arasındakı müqaviləyə əsasən ölkə daxilində 1690 km uzunluğunda plastik yolun çəkilməsi planlaşdırılır. Bunun üçün təkrar emal olunmayan 500 tondan çox plastik tullantı Azərbaycanın yollarını yaxşılaşdırmaq üçün istifadə ediləcək. Çəkilən hər kilometr yola 740 541 ədəd birdəfəlik plastik torbadan istifadə olunması planlaşdırılır.

Oxunub: 417
Xəbəri paylaş
Paylaş: