Tokio-2020:
Olimpiya Kəndində çarpayılar kartondan hazırlanıb
Report-un məlumatına görə, atletlər möhkəm kartondan olan çarpayılar üzərində yatacaqlar. Döşəklər isə polietilendən olacaq və Oyunlardan sonra plastik məmulatların istehsalı üçün emal ediləcək. Təşkilat Komitəsi təkrar emal üçün uyğun olan əşyalar təklif edib. Belə ideyalardan biri də çarpayı olub.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.