İRAN QARABAĞ ZƏFƏRİNİ NİYƏ HƏZM EDƏ BİLMİR...-
"Təlimlər Azərbaycanın İsrail və Türkiyə ilə yaxınlaşmasına qarşı mesajdır"
Rəsmi Tehranla Bakı arasında olan soyuqluq Qarabağa tikinti və yanacaq daşıyan İranın yük maşınlarının Gorus-Qafan yolunda saxlanılmasından sonra üzə çıxdı. Ardınca, 30 ildə ilk dəfə Azərbaycanla sərhəddə İran genişmiqyaslı hərbi təlimlər keçirməyə başladı.
“Sərhədimizin yaxınlığında keçirilən hərbi təlimə gəlincə, bu, çox təəccüblü hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr baş vermədi. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur. Bunun üçün heç kim danışa bilməz.
“Kommersant” qəzetinə açıqlama verən rusiyalı hərbi ekspert, İranşünas Yuri Lyamin də Tehranın təlimlərə kifayət qədər böyük qüvvələr cəlb etdiyini söyləyir. Onun fikrincə, təlimlər Azərbaycanın İsrail və Türkiyə ilə yaxınlaşmasına qarşı mesajdır:
“Azərbaycan sərhədinə texnika cəlb olunmaqda davam edir. Bunun təlimlər yoxsa, başqa məqsədlər üçün atıldığı bilinmir. Təlimlərin miqyası heç bir yerdə göstərilmir.
Politoloq, Almaniyanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun elmi işçisi Həmidrza Əzizi isə İranın Qarabağ zəfərindən sonra Azərbaycandan gözləntiləri olduğunu düşünür. Onun fikrincə, İran şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərində pay gözləsələr də, istəkləri reallaşmayıb:
“İran Azərbaycanın tərəfini tutaraq ərazi bütövlüyünü bərpa etməsini dəstəklədi. Tehran Bakının onun təhlükəsizlik sahəsində mövcud olan narahatlığını qarşılamasını gözləyirdi.